Accessibility links

Reks Tillerson Moskvaya səfər edəcək [Video]


Reks Tillerson Moskvaya səfər edəcək
please wait

No media source currently available

0:00 0:01:48 0:00

ABŞ dövlət katibi Reks Tillerson aprelin 12-i Moskvaya səfər edəcək. Bu səfər Birləşmiş Ştatarın Suriyada mülki vətəndaşlara qarşı kiməyvi silahlardan istifadə etməsinə cavab olaraq Suriya hava bazasına raket atmasından bir neçə gün sonraya təsadüf edir. Rəsmilər deyir ki, yüksək vəzifəli diplomat Rusiyanı Bəşər Əl-Əsədə dəstəyini nəzərdən keçirməyə çağıracaq.

Bizdə olan məlumatlar hücuma görə Bəşər əl-Əsəd rejiminin məsuliyyət daşıdığını göstərir. Bu səbəbdən də, fikrimcə, Rusiya höküməti Əsəd rejiminə dəstəyini nəzərdən keçirməlidir.
Reks Tillerson

Suriya hökümətinin üsyançıların nəzarət etdiyi İdlibdə zəhərli qaz hücumu həyata keçirərək azı 100 nəfərin ölümünə səbəb olmasından bir neçə gün sonra ABŞ Suriyaya qarşı raket hücumu həyata keçirib.

Qaz hücumu qurbanlarının çoxu azyaşlı uşaqlar olub.

Hücumdan öncə ABŞ dövlət katibi Reks Tillerson Bəşər Əl-Əsədin aqibətinin Suriya xalqından asılı olduğunu demişdi. Hücumdan sonra isə o, Suriyanı və Rusiyanın Əsəd rejiminə dəstəyini hədəf aldı.

“Bizdə olan məlumatlar hücuma görə Bəşər əl-Əsəd rejiminin məsuliyyət daşıdığını göstərir. Bu səbəbdən də, fikrimcə, Rusiya höküməti Əsəd rejiminə dəstəyini nəzərdən keçirməlidir”, deyə o bildirib.

Tillerson bu sözləri Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvaya səfər etmədən bir neçə gün öncə deyib.

Keçmiş ABŞ rəsmiləri isə deyir ki, Suriyadakı kimyəvi hücum Tramp administrasiyası ilə Kreml arasında yeni formalaşmağa başlayan münasibətlərə xələl gətirə bilər.

Reks Tillerson
Reks Tillerson

“ABŞ öz siyasi kursunu düzəltməlidr və hazırkı administrasiya bəyanatlar verməkdənsə Putinin dünya sülhü və təhlükəsizliyinə mənfi təsirlərini azaldacaq real siyasət və strategiya tərtib etməlidir”, deyə ABŞ-ın sabiq ATƏT nümayəndəsi Daniel Baer bildirir.

Ukrayna məsələsinə gəldikdə isə, Dövlət Departamenti rəsmiləri deyib ki, Tillerson Rusiyaya Minsk razılığı öhdəliklərini yerinə yetirməsi üçün təzyiq göstərəcək. O, Moskva Ukraydanadakı təcavüzünə son qoymayanadək Rusiyaya qarşı sanksiyaların davam edəcəyini bildirib. Avropa müttəfiqləri də Amerikanın bu mövqeyini dəstəkləyir.

Vaşinqton Moskva ilə konstruktiv əməkdaşlıq qurmaq istəsə də, ABŞ bəynəlxalq normaları pozduğu təqdirdə Rusiyanı məsuliyyətə cəlb edəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG