Accessibility links

"Robot Remix" - Texnologiyaya, robotlara və dünyaya başqa gözlə nəzər salmağa yardım edən sərgi


"Robot Remix" - Texnologiyaya, robotlara və dünyaya başqa gözlə nəzər salmağa yardım edən sərgi
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Virtual reallıq və ya VR software mütəxəssisləri üçün sadəcə hansısa proqramı kodlaşdırmaq deyil. Rejissorlar və sənət adamları öz hekayələrini VR-dan istifadə edərək, çatdıra bilir. Bu cür təcrübə "Robot Remix" adlı yeni sərginin bir hissəsidir. Bu sərgi ziyarətçilərə texnologiyaya, robotlara və dünyaya başqa gözlə nəzər salmağa yardım edir.

Bu adı sərgi deyil. "Robot Remix" adlı bu sərgi ziyarətçilərə sənət əsərlərini fərqli, yeni bir dünyanın baxışları ilə izləmək imkanı verir. VR kontentinin yaradıcılarından Peysli Smit: “Remix mədəniyyəti mövcud olanları götürür və onları başdan ayağa tamailə dəyişərək, bizim incəsənətə hazırkı münasibətimiz və kontentdən necə istifadə etdiyimizi müəyyənləşdirir. ”

Bu sərgisində sənət vertual reallıq vasitəsilə təqdim edilir. Bir sıra VR təcrübəsindən istifadə edilərək, bəziləri passiv, bəziləri isə inter-aktiv olmaqla, sənət əsərləri ziyarətçilərə fərqli şəkildə göstərilir.

Sərginin "Micro Giants" - `Mikro-Nəhənglər` adlanan bu bölməsində insanlar böcək ölçüsünə qədər kiçildilir. "Gloomy Eyes" - `Bulanıq göz` adlı bölmədə hekayə ziyarətçinin ətrafında cərəyan edir. "Qəsb" adlı bu bölmədə isə izləyiciyə özünü ilk şəxsiyyət perspektivindən görmək imkanı verilir.

Müxtəlif kreativ və texniki aspektlərdə …VR təcrübələri isə bir neçə insan tərəfindən yaradılır. Digərləri komandalar isə studyalarda kodlar üzərində işləyir.

Kolonizasiya və iqlim dəyişikliyi ilə bağlı "Unceded Territories" - "Tanınmayan ərazi" adlı bölmə rejissor Peysli Smit və rəssam Lorens Pol Yokvelopton tərəfindən hazırlanıb. Peysli Smit: "Fəza, səs, toxunduğunuz hər şey sizi başqa bir dünyaya, virtual bir məkana aparır."

"Virtual Virtual Reality" - `Virtual, Virtual Həqiqət` adlanan bu interaktiv oyun istifadəçinin robotlarla münasibətindən söz açır. Kurator Milo Talvani: “Robot olmaq nə deməkdir? Robotlar üçün işləmək nə deməkdir?

Perspektivlər və reallığın qarışdırılması ilə bu sərgi texnologiyalar vasitəsi ilə ziyarətçiləri incəsənəti yeni bir yolla izləməsinə imkan yaradır.

XS
SM
MD
LG