Accessibility links

Reportyor Anar Abdullayevə 15 sutka inzibati həbs cəzası verilib


Reportyor Anar Abdullayevə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilinərək 15 sutka inzibati həbs cəzası verilib.

Bu barədə oktyabrın 6-da Nərimanov Rayon məhkəməsində qərar qəbul edilib.

Məhkəməyə gətirilən Anar Abdullayev çıxışında sosial şəbəkələrdə yazılan şərhə görə çağırıldığını və bölmədə ona şiddət göstərildiyini deyib.

Vəkil Zibeydə Sadıqova birinci instansiya qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə Turan agentliyinə bildirib ki, Anar Abdullayevə polis bölməsində fiziki təzyiqin göstərilməsi ilə bağlı fikirlər əsassızdır və həqiqətə uyğun deyil.

Oktyabrın 5-də reportyor Anar Abdullayevin polis tərəfindən saxlanıldığı bildirilib.

Onun yaxını Mina Əlyarlı Amerikanın Səsinə bildirib ki, oktyabrın 5-də jurnalisti Nərimanov Rayon Polis İdarəsinə çağırıblar. O vaxt Abdullayev evdə olmayıb.

O, saat 16.00-da Nərimanov Rayon Polis idarəsinə gedib, telefonunu yaxınlarına verib.

Bir müddət sonra onun mobil telefonuna zəng ediblər və yaxınlarından tələb ediblər ki, telefonu 18-ci polis bölməsinə gətirsinlər. Onun özünü həmin şöbəyə aparıblar.

Anar Abdulla
Anar Abdulla

"Polisdən bildirdilər ki, Anar 535.1-ci (polisə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə inzibati xətalar törətməkdə ittiham olunur. Ancaq biz hesab edirik ki, bunlar uydurma və siyasi cəhətdən əsaslandırılmış ittihamlardır. Anar polisə özü gedib, necə tabe olmaya bilərdi?", Mina Əlyarlı deyib.

Yaxınları hesab edirlər ki, Abdullayevi sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə saxlayıblar.

"Hazırda Anar vəkil olmadan dindirilir. Ola bilsin ki, onu işgəncələrə məruz qoyurlar", Mina Əlyarlı deyib.

Anar Abdullayev bundan öncə də etiraz aksiyalarının işıqlandırılması zamanı saxlanılıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG