Accessibility links

Reportyor Nazirlər Kabinetinin qərarına təkbaşına etiraz edib


Müstəqil reportyor Pərvin Abışova iyulun 9-da Nazirlər Kabinetinin binası qarşısında təkbaşına etiraz aksiyası keçirib.

Bununla o, sərtləşdirilmiş karantin rejimi şəraitində jurnalistlərin peşə fəaliyyəti ilə məşğul olmaq üçün e-icazə.gov.az portalından qeydiyyatdan keçmək lazım olması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına etiraz edib.

Onun fikrincə, bu norma jurnalistlərin informasiya almaq hüququnu məhdudlaşdıran süni maneədir.

Pərvin Abışova polis əməkdaşları tərəfindən saxlanılıb.

Rəsmi qurumlar reportyorun etirazına hələ münasibət bildirməyib.

Şərhlərə bax

XS
SM
MD
LG