Accessibility links

Repressiya və İşgəncələr Əleyhinə Komitə həmrəylik marafonu keçirəcək


Fəallar toplantı keçirir (Kollaj)
Fəallar toplantı keçirir (Kollaj)

Repressiya və İşgəncələr Əleyhinə Komitə iyunun 28-də saat 12-dən 18-dək Musavat Partiyasının qərargahında sərbəst toplaşmaq imkanlarından istifadə edərkən cərimələnən insanlarla bağlı həmrəylik marafonu keçirəcək.

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev facebook səhifədində məlumat yayıb.

“2018-ci ilin sonlarından başlayaraq sərbəst toplaşmaq hüququndan istifadə edən bir çox ictimai fəallar qanunsuz məhkəmə qərarı ilə cərimələnib. Hazırda aidiyyatı qurumlar həmin şəxsləri narahat edir, onlara təzyiq göstərir ki, cərimələri ödəsinlər. Repressiya və İşgəncələr Əleyhinə Komitə qərara gəlib ki, qanunsuz cərimələnmiş şəxsləri müdafiə etmək, onlara ümumxalq dəstəyini ifadə etmək üçün Həmrəylik Marafonu keçirsin,” Gülalıyev facebook səhifəsində yazıb.

Milli Şuranın yürüşünə icazə verilmir ?
please wait

No media source currently available

0:00 0:01:32 0:00

Hüquq müdafiəçisi bildirir ki, cərimələnən şəxslər konstitusiyanın və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun onlara verdiyi imkandan istifadə edərək dinc şəkildə 17 noyabr Dirçəliş Gününü, 20 yanvarda Şəhidlər Xiyabanını, Mehman Hüseynovun və digər siyasi məhbusların müdafiəsi ilə bağlı fləşmoblar keçirərəkən, eləcə də Novxanıda Məhəmməd Əmin Rəsulzadənin heykəlini ziyarət etmək istəyərkən qanunsuz olaraq cərimləniblər.

“Biz hakimiyyətin bu qanunsuz hərəkətlərinə cərimələnmiş dostlarımıza dəstək olmaqla cavab verə bilərik. Qoy hakimiyyət görsün ki, onun repressiv, antidemokratik hərəkətlərinə biz soydaşlarımıza dəstək nümayiş etdirərək, onlarla həmrəy olaraq qarşılıq veririk. Əslində bizim bu addımımız repressiyaya məruz qalan insanlarımıza ümumxalq dəstəyini ifadə etmək, ölkədə demokratik hərəkata, sərbəst toplaşmaq azadlığına töhfə vermək üçündür,” o qeyd edib.

Rəsmi Bakı bir qayda olaraq ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bildirir.

Bununla yanaşı hüquq müdafiəçiləri son bir ildə onlarla insanın qanunsuz olaraq inzibati həbsə məhkum edildiyini, yüzdən çox fəalın məhkəmələr tərədindən 100 manatdan 2000 manatadək cərimələndiyini bildirir. Hüquq müdafiəçiləri həmçinin hazırda 80-dək insanı siyasi məhbus kimi tanıyır.

XS
SM
MD
LG