Accessibility links

Repressiya və İşgəncələr Əleyhinə Komitə yaradılır


İşçi Qrupunun iclası

Azərbaycanda Repressiya və İşgəncələr Əleyhinə Komitə təsis ediləcək. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev facebook səhifəsində yazıb.

“Ölkədə tüğyan edən repressiya və işgəncələrə biz susmadiq və bundan sonra da susmaq fikrimiz yoxdur,” o qeyd edib.

Məqsədimiz xalqımıza qarşı aparılan repressiyanı dayandırmaq, dinc, günahsız insanlara verilən işgəncəni durdurmaq, səbəbkarların məsuliyyətə cəlb edilməsinə nail olmaqdır.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

Gülalıyevin sözlərinə görə, bu məqsədlə bu gün 2012- ci ildə həbs olunmuş "Evrovizion məhbusları", Tərtər hərbiçiləri, "Gəncə işi", Nardaran və digər hadisələrlə bağlı saxta ittihamlarla həbs olunmuş, ağır işgəncələrə məruz qalmış şəxslərin valideynləri, eləcə də hüquqşünas və jurnalistlərin, ictimai fəlların iştirakı ilə toplantı keçirilib.

“Qərara gəldik ki, repressiya və işgəncələrə qarşı dirəniş göstərmək, toplumun müqavimətini gücləndirmək üçün Repressiya və İşgəncələr Əleyhinə Komitə yaradaq. Bu gün həmin Komitənin formalaşması üçün 18 nəfərlik İşçi Qrupu yaratdıq. Məqsədimiz xalqımıza qarşı aparılan repressiyanı dayandırmaq, dinc, günahsız insanlara verilən işgəncəni durdurmaq, səbəbkarların məsuliyyətə cəlb edilməsinə nail olmaqdır,” o qeyd edib.

XS
SM
MD
LG