Accessibility links

Prezidentliyə 4 Respublikaçı namizəd gərgin debatda üz-üzə gəlib


Dörd Respublikaçı namizəd ilin dördüncü və sonuncu prezidentlik debatında çərşənbə günü iki saat ərzində mübahisə ediblər - bəzən bir-birinə hücum edib qışqırıblar. Respublikaçı namizəd Donald Tramp əvvəlki üç debatda olduğu kimi bu dəfə də iştirak etməyib.

Bu, Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristinin keçmiş prezidenti tənqid etməsinə və başqalarını bunu etməkdən qorxmaqda ittiham etməsinə mane olmayıb. Rəy sorğularına görə, Tramp 91 cinayət və mülki məhkəmə iddiası ilə üzləşməsinə baxmayaraq, rəqiblərini əhəmiyyətli dərəcədə qabaqlayır.

HƏMAS terrorçularının İsrailə hücumundan iki ay sonra Respublikaçı namizədlər ABŞ-ın müdaxiləsi olmadan İsrailin qruplaşmaya qarşı öz müharibəsini aparmasına imkan verilməsində həmfikir olublar.

"Bu administrasiya İsrailin özünü müdafiə edə bilməsinə mane olmağa çalışır" deyən Florida qubernatoru Ron DeSantis HƏMAS-ın "ikinci Holokost" etmək istədiyini bildirib.

Qubernator həmçinin İrana neft gəlirlərinin kəsilməsini təklif edib və deyib ki, onlar "HƏMAS-a... Hizbullaha göndərir və bütün Yaxın Şərqdə cihadı qızışdırırlar".

BMT-nin keçmiş səfiri Nikki Heyli Rusiya prezidenti Vladimir Putinin Amerikanın diqqətini Ukraynadan İsrailə yönəltməsindən həyəcanlandığını deyib: "Tayvanlıların ukraynalılara kömək etmək istəməsinin bir səbəbi var, çünki onlar bilirlər ki, Ukrayna qalib gəlsə, Çin Tayvanı işğal etməyəcək”.

O, israillilərə kömək etmək istəyən ukraynalılarla da eyni müqayisəni aparıb, "çünki onlar bilirlər ki, İran qalib gəlsə, Rusiya qalib gələcək... lakin bütün bunlarda qalib gələn zəif Amerika deyil, güclü Amerikadır. Və bu, [Prezident] Co Baydenin bizə verdiyidir".

NewsNation debatında HƏMAS və digər militantlar tərəfindən saxlanılan amerikalı girovları azad etmək üçün ABŞ əsgərlərini göndərib-göndərməyəcəyi ilə bağlı sualı cavablandıran Kristi "Həqiqətən haqlısınız, mən Amerika ordusunu onları təhlükəsiz şəkildə çıxarmaq üçün oraya göndərərdim" deyib.

Namizədlər çərşənbə günü keçmiş prezidentin seçkiyə qatılmaması və ya məhkəmə işlərinə görə namizədliyini irəli sürə bilməyəcəyi təqdirdə, ondan fərqlənməyə çalışıblar.

2024-cü il prezidentlik kampaniyası təqvimində ilk səsvermə yanvarın 15-də Ayova ştatında Respublikaçıların kokusunda keçiriləcək. Analitiklər deyirlər ki, Ramasvami bu nöqtədə ən zəif namizəd ola bilər, xüsusən də çərşənbə gecəsi onun rəqiblərinə bəzi kəskin şəxsi ifadələri tamaşaçılarda narazılıq doğurduqdan sonra.

Forum

XS
SM
MD
LG