Accessibility links

Kreml: Ərdoğan vurulan təyyarəyə görə üzr istəyib


Turkey Attack
Turkey Attack

Rəsmi Kremlin məlumatına əsasən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçən il Türkiyə ordusu tərəfindən vurulan Rusiya qırıcı təyyarəsinə görə Rusiya prezidenti Vladimir Putindən üzr istəyib. Bu addım Rusiyanın iqtisadi sanksiyaları aradan qaldırması üçün şərait yaradıb.

Noyabrda Rusiya ordusunun Suriyada hərbi əmaliyyatlar keçirərkən təyyarənin vurulması rus pilotun ölümü ilə nəticələnmişdi. Rəsmi Ankara təyyarənin Türkiyə sərhədini pozduğuna görə vurulduğunu desə də, rəsmi Moskva faktı təkzib etmişdi.

“Mən yenidən həyatını itirmiş rus pilotun ailəsinə rəğbətimi bildirir və dərindən baş sağlığı diləyərək təəssüf etdiyimi bildirirəm,” Ərdoğanın Kremlə ünvanladığı məktubda belə qeyd olunur, deyə rəsmi Kreml bəyanat verib.

Ərdoğanın sözçüsü İbrahim Kalın Putinə göndərilən məktubu təsdiqləyib, lakin bunun açıq üzr məktubu olmadığını bildirib. O deyib ki, Ərdoğan məktubda təəssüf hisslərini bildirib və pilotun ailəsinə “bizi bağışla” deyə yazıb.

Rəsmi Kreml vurulan təyyarəyə cavab olaraq Ankara ilə ticarətə məhdudiyyətlər tətbiq etmiş, Rusiyadan Türkiyə vasitəsi ilə Avropaya gedən qaz kəmərinin tikilişini dayandırmış, rus turistlərə Türkiyəyə getməməyi məsləhət görmüşdü.

XS
SM
MD
LG