Accessibility links

İlham Əliyev İrana rəsmi səfərə gedib [yenilənib-1]


Prezident İlham Əliyev və İran prezidenti Həsən Ruhani
Prezident İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Səfər çərçivəsində ticarət və iqtisadi əməkdaşlıq haqqında sazişlərin imzalalanıb

Aprelin 9-da Iranlı həmkarı Həsən Ruhani ilə birgə mətbuat konfransında çıxış edən Azərbaycan prezidenti Bakı Qarabağ məsələsində Tehranın dəstəyinə böyük önəm verdiyini bildirib.

İranın İrna agentliyinin yaydığı məlumata görə, İlham Əliyev deyib ki, bu münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapmalıdır.

“Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə və beynəlxalq hüquqa əsaslanır”, deyə o bildirib.

Öz növbəsində, Ruhani beynəlxalq qanunlar və ədalət çərçivəsində Qarabağ regionunun, o cümlədən regional problemlərin həllində Tehranın köməyə hazır olduğunu bildirib.

O, qeyd edib ki, bu münaqişə sülh və diplomotik yolla həll edilməlidir.

İran prezidenti Azərbaycana yaxın vaxtlarda səfər edəcəyini də vurğulayıb.

O, Bakının İranın dinc məqsədlərlə atom enerjisi istehsal etmək hüququna malik olması haqqında mövqeyini yüksək qiymətləndirib.

***
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin geniş tərkibdə görüşü olub.

Iranın KİV-nin verdiyi məlumata görə təkbətək görüşdən sonra Azərbaycan-İran arasında 4 sənəd imzalanıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikasının Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb. Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın gənclər və idman naziri Mahmud Qudərzi imzalayıb.

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və İran İslam Respublikası Daxili İşlər Nazirliyi arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İran DİN-in rəhbəri Əbdülrza Rəhmani Fəzli imzalayıb.

Bundan əlavə, "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında hidrometeorologiya məsələləri və onunla əlaqəli işlər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb. Sənədi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, İran tərəfdən isə yol və şəhərsalma naziri Abbas Axundi imzalayıb.

"Azərbaycan Respublikası və İran İslam Respublikası hökuməti arasında Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında Saziş" də imzalanıb.

İmzalanma mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev və İran Prezidenti Həsən Ruhani mətbuata bəyanatlarla çıxış edibllər.
***
Aprelin 9-da prezident İlham Əliyev İrana rəsmi səfərə gedib.

İran KİV-nin məlumatına görə, hava limanında İ.Əliyevi İranın rabitə naziri Mahmud Vaezi qarşılayıb.

Səfər İran prezidenti Həsən Ruhaninin dəvətilə baş tutub. İki prezidentin görüşü zamanı qarşılıqlı maraq doğuran məsələlər, həmçinin regional və beynəlxalq problemlər müzakirə olunacaq. Səfər çərçivəsində ticarət və iqtisadi əməkdaşlıq haqqında sazişlərin imzalanacağı gözlənilir.
Prezident ILham Əliyev və İran prezidenti Həsən Ruhani
Prezident ILham Əliyev və İran prezidenti Həsən Ruhani
Bundan əlavə, dövlət başçıları bəyanatla çıxış edəcəklər.

Bir neçə gün əvvəl prezident İlham Əliyev İranın xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndə İbrahim Rəhimpuru qəbul edib. Görüş zamanı İ.Əliyev deyib ki, onun Davosda prezident H.Ruhani ilə görüşü ikitərəfli münasibətlərə yeni təkan verib.

Martın 14-də Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İrana rəsmi səfər edib və prezident H.Ruhani ilə görüşüb.

Səfər çərçivəsində o, İranın sənaye və ticarət naziri Mühəmmədrza Neymətzadə, hasilat sənayesinin inkişafı üzrə təşkilatın sədri Mehdi Kerbasian, daxili işlər nazirinin müavini İsmayıl Neççar və digər rəsmi şəxslərlə görüşüb.

Danışıqlar zamanı gələcək əməkdaşlıq perspektivləri, iki ölkə arasında mövcud əlaqələrin inkişafı müzakirə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG