Accessibility links

Prezident hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib


Təyyar Abbaslı

Prezident İlham Əliyev Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, hakim qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Təyyar Abbaslı 2007-2010-cu illərdə Bakı şəhəri 2 saylı Hüquq Məsləhətxanasında vəkil, 2010-2013-cü illərdə Lənkəran Rayon Məhkəməsinin hakimi, 2013-2015-ci illərdə Lerik Rayon Məhkəməsinin hakimi, 2015-ci ildən isə Sabirabad Rayon Məhkəməsinin hakimi olub.

XS
SM
MD
LG