Accessibility links

Azərbaycan prezidenti Türkmənistana səfər edəcək


Yanvarın 31-də Azərbaycan və Türkmənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Rəşid Meredovun görüşündə Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana qarşıda duran səfəri ilə bağlı məsələlər müzakirə olunub.

Türkmənistan XİN-in məlumatına görə, tərəflər ticarət-iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının Aşqabadda keçiriləcək növbəti iclasında komissiyanın işinin fəallaşdırılması zərurətini qeyd ediblər.

Energetika və nəqliyyat sahəsində münasibətlərin inkişafında, logistikanın təmin edilməsi mexanizmlərinin yaradılmasında, habelə avtomobil-bərə və dəmiryolu-bərə əlaqələri üzrə səmərəli mexanizmlərin işlənib hazırlanmasında qarşılıqlı maraq olduğu ifadə olunub.

Tərəflər həmçinin, iki ölkənin Xəzər dənizində qarışılıqlı əlaqələri, əvvəlki sammitlərində qəbul edilmiş qərarların həyata keçirilməsinin gedişatı məsələlərini müzakirə ediblər, habelə gələcək üçün əməkdaşlığın prioritet istiqamətlərini müəyyən ediblər.

Həmçinin, elm, mədəniyyət, təhsil və idman kimi mühüm sahələrdə dövlətlərarası dialoqun gələcək inkişafında qarşılıqlı maraq olduğu qeyd edilib.

XS
SM
MD
LG