Accessibility links

Gömrük Komitəsi karqo şirkətlərinin saxtakarlığa yol verdiyini bildirir


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Gömrük orqanları Türkiyədən mal gətirən bəzi karqo şirkətləri tərəfindən təqdim olunan invoyslar üzərində aparılan araşdırmalar zamanı kəskin uyğunsuzluqlar aşkar edib. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Aparılan araşdırma zamanı məlum olub ki, həmin karqo şirkətləri hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan malların məhz onlara aid olduğunu iddia edərək gömrük rəsmiləşdirilməsi prosesini də üzərlərinə götürür, gömrük orqanlarına təqdim etdiyi invoyslarda malların dəyərini dəfələrlə aşağı göstərir, bəzi hallarda isə saxta invoyslar təqdim edir ki, bu da vergidən yayınmaq deməkdir”, Gömrük Komitəsi bildirir.

Dövlət Gömrük Komitəsi bir daha xarici iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslərə müraciət edərək hər kəsi dürüst və şəffaf şəkildə faliyyət göstərməyə, dövlət büdcəsinə çatacaq vergi və rüsumları vaxtında və düzgün şəkildə ödəməyə çağırır.

“Əks halda həmin şəxs və qurumlara qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək”, məlumatda deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG