Accessibility links

Prezident yeni dövlət agentlikləri yaradıb


İlham Əliyev

Prezident Ilham Əliyev hökumətin fəaliyyəti və təkmilləşdirtilməsi ilə bağlı bir neçə sərəncam imzalayıb.

Əliyevin sərəncamı ilə qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması məqsədi ilə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən idxal-ixrac əməliyyatları üzrə birgə nəzarət mexanizmi tətbiq ediləcək.

Əliyev başqa bir sərəncamı Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

Prezidentin digər sərəncamı ilə isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Bununla da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.

Xatırladaq ki, Əliyev yeni dövr üçün prezident təsdiq edildikdən sonra hökuməti istefaya buraxıb. Ekspertlər yuxarıda sadalanan sərəncamları yeni hökumətin təkmilləşdirilməsi istiqamətində atılan ilk addımlar hesab edir. Aprelin 21-də Milli Məclisdə yeni baş nazirin təsdiqi gözlənilir. Hökumət hələ yeni baş nazirin kimliyini açıqlamayıb. Müşahidəçilər 83 yaşlı baş nazir Artur Rasizadənin yerini yeni şəxsin tutacağını güman edir.

XS
SM
MD
LG