Accessibility links

Tacikistan prezidenti Azərbaycanda səfərdədir


İlham Əliyev və Emoməli Rəhmon
İlham Əliyev və Emoməli Rəhmon

Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycanda səfərdədir. İki ölkə prezidenti arasında təkbətək və geniş tərkibdə görüşün nəticəsi olaraq ondan çox sənəd imzalanıb.

İlk öncə prezidentlər İlham Əliyev və İmoməli Rəhmon dövlət başçılarının birgə bəyanatını imzalayıb.

Bundan başqa iki ölkənin dövlət televiziyaları arasında əməkdaşlıq, SOCAR və TALKO şirkətləri arasında neft koksunun təchizatı haqqında memorandum imzalanıb.

İlham Əliyev və Emoməli Rəhmon
İlham Əliyev və Emoməli Rəhmon

Həmçinin dövlət sərhəd xidmətləri, baytarlıq xidmətləri, təhsil, xarici işlər və iqtisadi inkişaf nazirlikləri, baş prokurorluqlar arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb.

“Bu gün bir çox mühüm sənədlər imzalanıb. Həmin sənədlər bizim münasibətlərimiz üçün mühüm hüquqi baza yaradıb və bu sənədlər nəticəyə hədəflənib. Düşünürəm ki, əldə etdiyimiz razılaşmaların uğurlu icrası əmtəə dövriyyəsinin xeyli artmasına və bir çox istiqamətlər üzrə işimizin fəallaşmasına gətirib çıxaracaq”, Azərbaycan prezidenti İlham Əliyev sənədlərin imzalanmasından sonra bildirib.

Emoməli Rəhmon hesab edir ki, bugünkü razılaşmalar sənaye, energetika, nəqliyyat, aqrar sektor və turizm kimi iqtisadiyyatın baza sektorlarında uzunmüddətli əməkdaşlıq formalarının inkişafına təkan verəcək.

“Belə fikir bildirildi ki, ikitərəfli əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və əmtəə nomenklaturası strukturunun təkmilləşdirilməsi üçün qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığı fəallaşdırmaq və yaxşılaşdırmaq zəruridir”, Tacikistan prezidenti qeyd edib.

XS
SM
MD
LG