Accessibility links

Azərbaycan və Rusiya prezidentləri görüşüb


İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfəri başlayıb.

Azərbaycan prezidentinin rəsmi internet saytı məlumatına görə səfər çərçivəsində Soçi şəhərində İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin görüşü olub.

V. Putin bildirib ki, qarşılıqlı fəaliyyətin əhatə dairəsi çox genişdir.

“Biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir. Keçən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Lakin təbii ki, bizim həmişə danışmağa mövzumuz var”, o qeyd edfib.

İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Prezident Əliyev isə bildirib ki, iki prezidentin müntəzəm surətdə görüşləri münasibətlərə dinamizm gətirir.

“Bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən biz də məmnunuq. Münasibətlərimiz tamdəyərli, çox səmərəli şəkildə inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır. Siz əmtəə dövriyyəsinin artmasını qeyd etdiniz. Bu da ölkələrimizin iqtisadiyyatlarında müsbət meyillərə dəlalət edir. Bu, həm də onu göstərir ki, iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik”.

Əliyev həmçinin deyib ki, görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər, regional problemlər də müzakirə ediləcək.

“Gündəlik yetərincə genişdir. Əminəm ki, bizim bugünkü görüşümüz münasibətlərimizə əlavə impuls verəcək”, Azərbaycan prezidenti qeyd edib.

XS
SM
MD
LG