Accessibility links

Rusiya və Azərbaycan arasında çoxsaylı sənədlər imzalanıb


İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Sentyabrın 1-də Soçidə Azərbaycan və Rusiya prezidentlərinin danışıqlarının yekunu olaraq iqtisadi, enerji, nəqliyyat, turizmi və digər sahələri əhatə edən sənədlər imzalanıb.

Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə ilk olaraq İlham Əliyev və Vladimir Putin “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat” imzalayıb.

Sonra “Rosneft” Neft Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş”, “Rosneft” Şirkəti və SOCAR arasında Kontrakt”, “Azərbaycanda “QAZ” kommersiya avtomobilləri milli yığma istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş”, “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi”, “Qazprombank”, “Rusiya İxrac Mərkəzi” və SOCAR arasında Rusiyadan ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş”, Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti, malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət, turizmi, idman, rəqəmsal nəqliyyat sistemləri, sənaye, daşınmaz əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq sənədləri, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və iki ölkə arasında 2024-cü ilədək əməkdaşlıq proqramı imzalanıb.

XS
SM
MD
LG