Accessibility links

Vladimir Putin: Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq


İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

“2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar “Qazprom”, “Transneft” və “Lukoyl”dur”. Ümumiyyətlə, Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir”. Bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi danışıqların yekununa həsr olunmuş mətbuat üçün bəyanatında bildirib.

Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib.

O iki ölkənin birgə layihələrindən danışarkən deyib ki, “KamAZ” Gəncə avtomobil zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını və onlara xidmət göstərilməsini qaydaya salıb.

“Rusiyanın “R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayə yatırıb. “Qazprombank” Sumqayıt Kimya-Sənaye Parkının inkişafında iştirak edir. Sərmayənin həcmi təqribən 750 milyon dollar təşkil edir”.

Rusiya prezidentinin sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ən perspektivli layihələrdən biridir.

“Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək. Bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır”.

Onun dediyinə görə, Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır.

Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır.

Putin bildirib ki, Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır.

“Onlardan minə yaxını Rusiyanın Federal büdcəsi hesabına təhsil alır. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox təqaüd verilir”.

Bəyanatında iqtisadi və ticarət əlaqələrinə geniş yer verən Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsindən də danışıb.

“Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq. Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək”, o qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir.

Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək.

“Bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə, uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”, Əliyev qeyd edib .

İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Dövlət başçısı deyib ki, Rusiya idxala görə Azərbaycanın bir nömrəli tərəfdaşıdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir.

“Yəni, bu, özlüyündə ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət edir”.

Əliyevin sözlərinə görə Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı ölkə ərazisində bütün mühüm infrastruktur layihələrini həyata keçirib.

“Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır”.

Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir.

O Rusiya prezidenti ilə hərbi-texniki sahədə gələcək əməkdaşlığı müzakirə etdiyini deyib.

“Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir”.

Prezident təhsil sahəsində danışarkən deyib ki, Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG