Accessibility links

Respublikaçı Senatorlar Ərdoğanla Ağ Evdə mübahisə ediblər


Senatorlar Rik Skott (R-Florida) və Lindsey Qraham (R-Cənubi Karolina) Tramp və Ərdoğan söhbətləşdikcə qulaq asırlar. Oval Ofis. Vaşinqton. 13 noyabr, 2019. (AP Photo/Patrick Semansky)
Senatorlar Rik Skott (R-Florida) və Lindsey Qraham (R-Cənubi Karolina) Tramp və Ərdoğan söhbətləşdikcə qulaq asırlar. Oval Ofis. Vaşinqton. 13 noyabr, 2019. (AP Photo/Patrick Semansky)

Bir qrup Respublikaçı senator Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın anti-İŞİD kürd qüvvələrini "terrorçu" kimi təqdim etmək səylərini Oval Ofisdə keçən gərgin görüşdə rədd edib.

Deyilənə görə, senatorlar Türkiyə liderinə görüşdə iştirak edən Prezident Donald Trampdan xeyli sərt mövqe sərgiləyiblər.

İndi istəyirsən ki, mən də sənə kürdlərin sənin qüvvələrinin törətdikləri haqda hazırladıqları videonu göstərim?

Söhbət iştirakçıları deyir ki, çərşənbə günü Ağ Evdə görüş zamanı Ərdoğan amerikalılara kürd qüvvələrini mənfi səciyyələndirən propaqanda videosu göstərib.

Ərdoğanın bu hərəkəti Senator Lindsey Qaraham tərəfindən sərt təpki ilə qarşılanıb.

“İndi istəyirsən ki, mən də sənə kürdlərin sənin qüvvələrinin törətdikləri haqda hazırladıqları videonu göstərim?” deyə amerikalı senator Ərdoğandan soruşub.

Amerikalı senatorlar aydın ediblər ki, Ərdoğan Rusiyadan aldğı anti-hava raket sistemini yerləşdirməkdə davam etsə, iqtisadi sanksiyalarla üzləşəcək.

İki ölkə arasında gərginliklərin artdığı bir vaxt Prezident Trampın Ərdoğanı Amerikaya dəvət etməsi birmənalı qarşılanmır.
İki ölkə arasında gərginliklərin artdığı bir vaxt Prezident Trampın Ərdoğanı Amerikaya dəvət etməsi birmənalı qarşılanmır.

Pərdəarxası keçən görüşdə sərt konfrontasiya Trampın Ərdoğanı icitmaiyyət qarşısında qarşıladığı tonla təzad təşkil edir.

90 dəqiqəlik görüşdə Qrahamdan əlavə Senatorlar Cim Riş, Ted Kruz və Rik Skott iştirak ediblər.

Trampın yaxın siyasi müttəfiqi olan Qraham ABŞ liderinin qoşunları Suriyadan çıxarmaq qərarını və Türkiyənin oraya hərbi müdaxiləsini kəskin tənqid edib.

Bir sıra qanunvericilər Trampın hazırkı durumda Ərdoğanı Ağ Evd qəbul etməsinə mənfi münasibət bildirib.

İki ölkə arasında gərginliklər Türkiyənin Rusiyadan raket sistemi alması və Suriyanın şimalına hərbi müdaxiləsi, Amerikanın dəstəklədiyi anti-İŞİD qüvvələrinə hücumları ilə xeyli artıb.

XS
SM
MD
LG