Accessibility links

Respublikaçı senatorlar Trampın xarici ölkələrə Bayden haqda çağırışını tənqid etdilər


Mitt Romni 2012-ci ildə Respublikaçıların Demokrat namizəd Barak Obamaya qarşı prezidentliyə namizədi olub.
Mitt Romni 2012-ci ildə Respublikaçıların Demokrat namizəd Barak Obamaya qarşı prezidentliyə namizədi olub.

Respublikaçı senatorlar Mitt Romni və Ben Sasse ABŞ Prezidenti Donald Trampı Çinə və Ukraynaya sabiq vitse-prezident və 2020 seçkiləri üçün prezidentliyə aparıcı Demokrat iddialı Co Bayden və onun oğlunu araşdırmaq çağırışını tənqid edən ilk yüksək rütbəli partiyadaşlarıdır.

“Bütün görüntülərə rəğmən, Prezidentin Çin və Ukraynaya Co Baydeni təhqiq etmək barədə aşkar və misilsiz çağırışı səhv və qorxuncdur,” deyə prezidentliyə sabiq Respublikaçı namizəd Mitt Romni Tvitterdə yazıb.

Trampın çağırışının siyasi motivli olmadığına inanmaq çətindir.
Mitt Romni

Utah ştatını təmsil edən Senator habelə Trampın motivlərinin korrupsiya ilə bağlı narahatlıq olduğunu sual altına alıb.

“Demokratların nominasiya prosesi zamanı Prezident Trampın Çinin təhqiqatı üçün yeganə hədəf aldığı Amerika vətəndaşının öz siyasi rəqibi olması bunun siyasi motivli olmadığına inanmağı olduqca çətinləşdirir,” Romni bildirib.

Nebraska ştatından olan Senator Ben Sasse Amerikanın korrupsiya ilə bağlı təhqiqat üçün kommunist Çinə müraciət etməsinin məntiqini sual altına alıb.

Senator Ben Sasse (R-Nebraska)
Senator Ben Sasse (R-Nebraska)

“Amerikalılar həqiqət üçün Çin kommunistlərinə üz tutmurlar,” Sasse bildirib. Senator əlavə edib ki, əgər Co Baydenin oğlu Hanter öz 'ailə adını satmaqla qanunları pozubsa, bu, işgəncə düşərgələri idarə edən kommunist tiranlar yox', Amerika məhkəmələri tərəfindən çözülməlidir.

Cümə axşamı Ağ Evin həyətində müxbirin onun Ukrayna prezidenti Volodimir Zelenskidən hansı lütfü xahiş etdiyi barədə sualını cavablandıran Donald Tramp deyib: “Mən tövsiyə edərdim ki, onlar Baydenləri araşdırmaq üçün təhqiqata başlasınlar.”

Amerikalılar həqiqət üçün Çin kommunistlərinə üz tutmurlar.
Ben Sasse

Tramp son günlərdə dəfələrlə sabiq vitse-prezident və hazırda Demokrat partiyasından prezidentliyə aparıcı namizəd Co Baydenə hücumlar edərək onu Ukrayna hökumətinə kriminal təhqiqatla bağlı təzyiq göstərməkdə ittiham edib. Tramp iddia edir ki, belə bir təhqiqat Baydenin Kyivdə qərargahlanan Burisma enerji şirkətində çalışan oğlu Hanteri ifşa etmiş olardı.

Floridaya yola düşməzdən öncə çıxış edən prezident helikopterinə minməyə hazırlaşan Tramp əlavə edib: “Çin Baydenləri araşdırmağa başlamalıdır.”

Tramp Co Baydenin oğlu Hanteri 2013-cü ildə Çinə səfəri zamanı $1.5 milyard dollar həcmində investisiya cəlb etmək cəhdində günahlandırıb.

Prezident Trampın iyul ayında Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon söhbətində Baydenləri araşdırmaq təklifi Demokratlar tərəfindən impiçment soğusunun başladılmasına təkan verib.
Prezident Trampın iyul ayında Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon söhbətində Baydenləri araşdırmaq təklifi Demokratlar tərəfindən impiçment soğusunun başladılmasına təkan verib.

Demokratlar deyirlər ki, Trampın cümə axşamı söylədikləri onun daxili opponentlərinə qarşı öz prezident səlahiyyətlərindən sui-istifadə etməsinin növbəti nümunələridir.

“Prezident öz ofisinin səlahiyyətlərindən istifadə edərək xarici liderlərə siyasi opponentlərini araşdırmaq üçün təzyiq göstərə bilməz,” Nümayəndələr Palatasında Kəşfiyat Komitəsinin sədri Adam Şiff Tvitterdə yazıb. Hazırda Konqresdə impiçment səylərinə rəhbərlik edən Demokrat millət vəkili əlavə edib:

"Onun bu səhərki çıxışları işimizin vacibliyinə dəlalət edir. Amerika Respublikadır, əgər saxlaya bilsək."

XS
SM
MD
LG