Accessibility links

Respublikaçılar Partiyasının xarici siyasətinə Trampın Çinlə bağlı tənqidləri və "Amerika Birinci" siyasəti daxildir


Respublikaçılar Partiyasının xarici siyasət gündəminə son dörd ilə prezident Donald Trampın beynəlxalq əlaqələrə yanaşması, o cümlədən yeni ticarət razılıqları, beynəlxalq təşkilatlarla bağlı skeptisizmləri və ABŞ-ın xaricdəki qoşun sayının azaldılmasına dair çağırışları daxil olub.

Koronavirus pandemiyası və sosial məsafə qaydaları səbəbilə Respublikaçılar Partiyası bu il partiyanın yeni seçki platformasını hazırlamayıb. Adətən bu platformada partiyanın gündəmi və prioritetləri yer alır. Lakin partiya bu həftə Şimali Karolinanın Şarlot şəhərində keçirilən konvensiyada qəbul etdiyi qərarda bildirib ki, partiya 2020-ci ildə yeni platforma hazırlamaq üçün bir araya gələ biləsə idi, bu platforma “şübhəsiz ki, yekdilliklə” Tramp administrasiyasının gündəmini dəstəkləyərdi.

Partiyanın kampaniyası Trampın xarici siyasət məqsədlərinə əsaslanıb. Və onun 2016-cı ildə seçki kampaniyası zamanı təqdim etdiyi “Birinci Amerika” şüarı da bu gündəmi əhatə edir.

Çin

Çin 2020-ci il seçki kampaniyasının mərkəzindəki xarici siyasət məsələlərindən birinə çevrilib. Buna səbəb Trampın ticarət müharibəsi ilə Çinin koronavirus pandemiyası ilə mübarizəsinə dair sualları daxildir.

Donald Tramp və Şi Tsinpin
Donald Tramp və Şi Tsinpin

Birləşmiş Ştatlar və Çin yanvar ayında bir-birilərinə tətbiq etdikləri milyardlaral dollar dəyərində tariflər tətbiq edəndən sonra ticarət razılığının birinci mərhələsini imzalayıblar. Razılıq Resublikaçılar Partiyası tərəfindən prezidentin ticarət yolundakı məqsədləri yerinə yetirdiyinin sübutu olaraq görülür. Bu razılıq Tramp administrasiyasının Şimali Amerika üçün imzaladığı başqa bir ticarət razılığından sonraya təsadüf edib.

Lakin Çinlə ticarət razılığının ikinci mərhələsi üzərində danışıqlar hələ ki, dayandırılıb. Tramp iyul ayında deyib ki, Çinin koronavirus pandemiyasının yayılmasındakı roluna görə, razılığın onun üçün “əhəmiyyəti daha azdır.” O Çinlə ticarət razılığı ilə bağlı yeni danışıqları təxirə salıb və deyib ki, “mən indi Çinlə danışıq aparmaq istəmirəm.”

Respublikaçılar partiyasının bəzi üzvləri Trampı Çinə qarşı daha sərt olmağa çağırıblar.

Xarici Əlaqələr Şurasının yüksək səviyyəli üzvü Edvard Alden deyib ki, əgər Tramp yenidən seçilsə, prezident Çinlə daha çox qarşıdurma yaşaya bilər.

“Hər iki partiya, xüsusilə də Respublikaçılar Partiyası Çini təkcə iqtisadi rəqib olaraq deyil, artan təhlükəsizlik hədəsi olaraq görürlər,” Alden deyib.

Trampın prezidentliyinin ikinci müddətindəki gündəmində yer alan məqsədlərə “istehsal sahəsindəki 1 milyon iş yerini Çindən geri gətirmək” vədi, habelə işləri Çindən tədarük edən şirkətlərlə federal müqavilələrin imzalanmasının qarşısını almaq daxildir.

Əfqanıstan

Prezidentin ikinci müddətdəki gündəminə həmçinin “sonsuz müharibələri dayandırmaq” və ABŞ qoşunlarını evə geri gətirmək daxildir.

Əfqanıstan Milli Ordusunun üzvləri
Əfqanıstan Milli Ordusunun üzvləri


Lakin Tramp dəfələrlə İraq, Suriya və Əfqanıstanda müharibələrə son qoymaq istəyini dilə gətirsə də, o, ABŞ-n xaricdəki qoşunlarının sayını azaltamq məqsədini həyata keçirməkdə çətinlik çəkib.

Tramp 2017-ci ildə o zaman ABŞ-ın Əfqanıstandakı komandiri general Con Nikolsonun tələbi üzərinə Əfqanıstanda qoşun sayını 14 minə qədər artırmışdı.

Hazırda orada qoşunların sayı 8500-ə enib. Bu, Trampın 2017-ci ildə vəzifəyə gəldiyi zamandakı sayla eynidir. O, bu ilin əvvəli ABŞ-la Taliban arasında imzalanan razlığın bir hissəsi olaraq daha çox qoşunun çıxarılması ilə bağlı planları irəli sürüb.

Beynəlxalq ittifaqlar

Trampın xarici diplomatiyaya yanaşması keçmiş prezidentlərin çoxundan fərqlidir. O, dəfələrlə NATO, Dünya Ticarət Təşkilatı və Ümumdünya Səhiyyət Təşkilatı daxil olmaqla, beynəlxalq alyanslar və təşkilatlarn əhəmiyyətini sual edib.

Donald Tramp və Yens Stoltenberq
Donald Tramp və Yens Stoltenberq

Tramp deyib ki, NATO-nun bir çox üzvləri razılıq altındakı öhdəliklərini qarşılamaq üçün müdafiəyə kifayət qədər pul xərcləmirlər.

“NATO ölkələri DAHA ÇOX pul ödəməlidirlər, Birləşmiş Ştatlar DAHA AZ. Bu, ədalətsizlikdir,” Tramp 2018-ci ildə NATO sammtində iştirak etmədən öncə Twitter-də yazmışdı.

Şimali Koreya

Tramp dünya liderləri ilə ictimai şəkildə fikir ayırıqları yaşamaqdan çəkinməsə də, ABŞ prezidenitnin onlarla münasibətləri adətən onun xarici siyasətində əsas rol oynayır.

Donald Tramp və Kim Conq Un
Donald Tramp və Kim Conq Un

Bu ən çox özünü onun Şimali Koreya ilə münasibətində biruzə verib. Tramp prezidentlik müddətinin əvvəlində Kim Conq Unu “balaca raket insan”ı çağırmışdı və Şimali Koreyanı “atəş və qəzəb”lə hədələmişdi, daha sonra isə Kimlə bağlı “Biz çox yaxşı münasbiət qurduq” demişdi.

Tramp Kimlə üç dəfə görüşüb.

İki lider 2018-ci ildə Sinqapurda keçirilən ilk sammitdə “Koreya yarımadasının tam nüvəsizləşməsi”üzərində razılıq imzalayıblar, amma nüvəsizləşmənin detalları üzərində razılaşmayıblar.

XS
SM
MD
LG