Accessibility links

Respublikaçılar Senatdakı üstünlüklərini artırıb


Respublikaçılar Missisipi ştatında Sindi Hayd-Smitin qalibiyyəti ilə ABŞ Senatındakı üstünlüklərinə daha bir yer əlavə edib.

Hayd-Smit çərşənbə günü baş tutan seçkidə 54 faiz səs toplayaraq demokrat rəqibi Mayk Espiyə qalib gəlib.

"Bu gecə mənim və ailəmin hiss etdiklərini təsvir etmək çətindir. Ancaq bu gecə bizim qalib gəlməyimizə səbəb missisipililərin məni yaxşı tanımasıdır. Səsinizə sahib çıxdığınız üçün təşəkkürlər, Missisipi" - deyə, senator Sindi Hayd-Smit qalibiyyət çıxışında bildirib.

Senator Hayd-Smit öncəsində "əgər ictimai qınaq olarsa, mən ön sıralarda olacam" deyərək prezidenti tənqid etməsinə baxmayaraq, iki seçki mitinqində iştirak edərək, onu dəstəklədiyi üçün prezident Trampa öz təşəkkürlərini bildirib.

Hayd-Smit əvvəlcə sağlamlığı səbəbindən istefa verən keçmiş senator Tad Kokranın xidmət müddətinin son iki ilini bitirəcək.

Ştatın Senatdakı yeri uğrunda növbəti seçkilər 2020-ci ildə keçiriləcək.

XS
SM
MD
LG