Accessibility links

Müxalifət Məmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq keçirib [Video & Fotoqalereya]


Müxalifətin Məmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinqi
please wait

No media source currently available

0:00 0:06:00 0:00

Müxalifətin Məmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinqi

Gözləndiyinin əksinə olaraq mitinqdə Milli Şura elan edilməyib. İqtidarın siyasəti kəskin tənqid edilib

Bu gün Respublika Günü münasibətilə Novxanı qəsəbəsində Məmməd Əmin Rəsulzadənin abidəsinin önündə müxalifət qüvvələrinin keçirdiyi mitinqdə bir neçə min adam iştirak edib.

Gözləntilərin əksinə olaraq, Milli Şuranın yaradılması elan olunmayıb. Lakin müxalifət liderləri bəyan ediblər ki, məsələ həll olunub və Milli Şuranın yaradılması yaxın zamanın işidir. Mitinq iştirakçıları aksiya boyu uca səslərlə “Elan edin!” deyərək liderlərdən Milli Şuranı Məmməd Əmin Rəsulzadənin abidəsi önündə, Respublika Günündə elan etməyi tələb edib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əsas nailiyyəti 1918-ci ildə Azərbaycan dövlətçiliyinin formalaşması olub. Bu, SSRİ-nin tərkibində dövlətin formal institutlarının saxlanmasına, onun süqutunda isə müstəqilliyin elan olunmasına imkan verdi.

İ.Qəmbər qeyd edib ki, Əbülfəz Elçibəyin rəhbərliyi ilə Azərbaycan demokratik hökuməti bir il mövcud oldu və “qara qüvvələr” tərəfindən devrildi. Artıq 20 ildir ki, ölkə “avtoritar, korrupsiyaya uğramış Əliyev rejiminin işğalı” altındadır.

İ.Qəmbər hakimiyyətin AXC xadimlərinin fəaliyyətinin unutdurulması ilə bağlı cəhdlərini qeyd edib. Belə ki, hər yerdə Heydər Əliyevə abidə qoyulur, amma heç bir yerdə Rəsulzadə və Elçibəyin abidəsi yoxdur.

Milli Şuranın taleyinə toxunan İ.Qəmbər deyib ki, iş 99% başa çatıb və yaxın vaxtlarda onun yaradılması elan ediləcək.

O əmin olduğunu bildirib ki, demokratik qüvvələr hakimiyyətin dinc yolla dəyişdirilməsinə nail olacaq və Əliyev rejimini tarixin arxivinə göndərəcək.

1992-ci ildə Xalq Cəbhəsi hökumətində Daxili İşlər Naziri olmuş İsgəndər Həmidov müxalifəti radikallaşmağa çağırıb. Onun fikrincə, indiki rejim öz xoşu ilə getməyəcək. O, hakimiyyəti “fahişələr hökuməti” adlandırıb.

“Onlar şərəfsizə “Şərəf” ordeni, şöhrətsizlərə “Şöhrət” ordeni, fahişələrə “xalq artisti” adı verir”.

O, hakimiyyəti xalqın sərvətinin talanmasında, yoxsulların evinin olmadığı bir vaxtda dəbdəbəli villaların inşasında ittiham edib.

O deyib ki, nə Məmməd Əmin Rəsulzadə, nə də Əbülfəz Elçibəy ölkədən bir qəpik belə çıxarmayıblar.

AXCP lideri Əli Kərimli diqqəti Milli Şuranın formalaşdırılmasına yönəldib. Milli Şura öz sıralarında ictimai-siyasi qüvvələrin geniş spektrini birləşdirəcək. O xatırladıb ki, məhz Milli Şura 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan edib. Milli Şuraya ictimai-siyasi qüvvələrin nümayəndələri daxil olacaqlar ki, onlar birlikdə demokratik seçkilər uğrunda hərəkata rəhbərlik edəcəklər.

Öz növbəsində El hərəkatının lideri Eldar Namazov deyib ki, mitinq iştirakçılarından “Mili Şuranı dəstəkləyirsinizmi?” deyə sual edib. Meydandan “Bəli, elan edin” cavabları gəlib.

O bildirib ki, Milli Şuranın formalaşması üzrə iş başa çatmaqdadır. Milli Şurada iştirakla bağlı müxtəlif ictimai-siyasi qüvvələrdən təkliflər gəlib və yaxın günlərdə Milli Şuranın yaradılması elan olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG