Accessibility links

Respublikaçı meqadonor Qüdsdə açılacaq yeni ABŞ səfirliyinin məsrəfini ödəmək təklifi edib


Las Vegas Sands korporasiyasının sədri Şeldon Adelson Respublikaçı Yəhudilər Koalisiyasının illik toplantısında iştirak edərkən.
Las Vegas Sands korporasiyasının sədri Şeldon Adelson Respublikaçı Yəhudilər Koalisiyasının illik toplantısında iştirak edərkən.

Tramp administrasiyası respublikaçı meqadonor Şeldon Adelsonun Qüdsdə açılması planlaşdırılan ABŞ səfirliyinin xərclərinin ən azı bir hissəsini ödəməsi təklifini nəzərdən keçirir. Bu barədə Associated Press agentliyinə dörd ABŞ rəsmisi bildirib.

Administrasiyanın rəsmilərinə əsasən, Dövlət Departamentinin hüquqşünasları yeni səfirliyin məsrəflərinin bir hissəsini və ya tam ödəyəcək özəl ianələrin qəbul edilməsinin hüquqiliyini müəyyən etməyə çalışırlar. Bu müzakirələr səfirliyin yeni yerə köçürülməsi ilə bağlı bürokratik çətinliklərin yekunlaşdığı bir zaman baş verir.

Cümə axşamı dövlət katibi Reks Tillerson ABŞ səfirliyinin Tel Əvivdən müqəddəs şəhərə keçirilməsi ilə bağlı təhlükəsizlik planını imzalayıb.

Mümkün ssenarilərdən biri odur ki, administrasiya yalnız Adelsondan yox, digər donorlardan da ianə toplaya bilər. Həmin donorlar yevangelistlər və amerikalı yəhudi icması üzvləri ola bilər.

Rəsmilərdən biri deyir ki, Las Veqasın kazino maqnatı və İsrail dəstəkçisi Adelson administrasiyanın topladığı vəsait və səfirliyə çəkilməli olan məsrəf arasındakı fərqi ödəməyi təklif edib.

Hələlik bunun baş verib-verməyəcəyi aydın deyil. Yekun cavab hökümət hüquqşünaslarının qərarından sonra veriləcək.

XS
SM
MD
LG