Accessibility links

Respublikaçılar Konqresin hər iki palatasında əksəriyyət əldə edib [Fotoqalereya]


ABŞ Senatına nəzarəti yenidən ələ keçirən respulikaçıların Nümayəndələr Palatasında da üstünlüyünü artıracağı gözlənilir. Bu, Barak Obamanın prezidentliyinin son iki ilində Konqresin hər iki palatasına Respublikaçıların nəzarət edəcəyi anlamına gəlir.

Dünən keçirilən ara seçkilərinədək demokratlar 100 yerlik Senatda 55 üzvə malik idilər. Ancaq Arkanzas, Kolorado, Ayova, Montana, Şimali Karolina, Cənubi Dakota və Qərbi Virciniya ştatlarında qələbə ilə respublikaçılar ən azı 7 əlavə yer əldə edə bilib.

Bu gün səhər daha 3 Senat üzvünün müəyyən edilməsindən sonra son nəticələr açıqlanacaq.

Dünən keçirilən seçkilər Senatın üçdə birini yenidən müəyyən etməli idi.

Senatla yanaşı Nümayəndələr Palatasında da qələbə qazanan respublikaçılar daha 9 yer əldə edə bilib. Burada onlar seçkilərdən əvvəl də çoxluqda idilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG