Accessibility links

Nüfuzlu respublikaçılar xüsusi prokuror Müllerin Rusiya təhqiqatına dəstək bildirir


Senator Lindsi Qraham (solda), senator Süzan Kollinz və senator Ceff Fleyk

Nüfuzlu respublikaçılar xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatına dəstək bildirib. Lakin qanunvericilər arsında Konqresin prezident Donald Trampın Mülleri vəzifəsindən kənarlaşdırılmasının qarşısını ala biləcək qanun layihəsinə ehtiyacın olub-olmaması məsələsində fikir ayrılıqları mövcuddur.

Cənubi Karolina ştatından senator Lindsi Qraham və Mayn ştatından senator Süzan Kollinz digər respublikaçı həmkarlarından fərqli olaraq, bazar günü ABŞ tele kanallarına müsahibələrdə Trampın Mülleri kənarlaşdırmağa cəhd göstərdiyi halda məhkəmə araşdırılmasını nəzərdə tutan qanun layihəsinə dəstək verdiklərini bildiriblər. Bu addım demokrat qanunvericilərin çoxu tərəfindən dəstəklənir.

Konqresin Nümayəndələr Palatasında iki nüfuzlu respublikaçı qanunverici-Kaliforniyadan Kevin Makkarti və Cənubi Karolinadan Trey Kroudi Müllerin apardığı təhtiqatdan razı qaldıqlarını bildiriblər. Lakin Makkarti deyib ki, o, Federal Təhqiqat Bürosunun keçmiş direktoru olan Robert Mülleri qoruyacaq qanun layihəsinə ehtiyac görmədiyini deyib.

Xüsusi prokuror Robert Müller
Xüsusi prokuror Robert Müller

Tramp Müllerin vəzifəsindən çıxarılması haqda düşündüyünü son aylar bir neçə dəfə rədd edib. O, keçən həftə The New York Times qəzetində dərc edilmiş məqaləni “saxta xəbər" adlandırıb.

Senator Qraham deyib ki, o, Trampın Mülleri vəzifəsindən çıxarmasının qarşısını alacaq qanun layihəsinin qəbul edilməsindən məmnunluq duyardı. Müllerin komandası hazırda Trampın vəkilləri ilə Rusiyanın seçkilərə müdaxiləsi və onun Federal Təhqiqat Bürosunun (FBI) keçmiş direktoru Ceyms Komini fəzifəsindən kənarlaşdırmaqla ədalətin qarşısının alınmasına cəhd göstərib-göstərmədiyi ilə bağlı prezidentin ifadə verməsinin mümkünlüyü məsələsini müzakirə edir. Komi Müllerin xüsusi prokuror təyin edilməsindən öncə FBI-da Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı təhqiqata rəhbərlik edirdi.

Bununla belə senator Qraham deyib ki, qanun layihəsinin qəbul edilib-edilməməsindən asılı olmayaraq, o, “prezident Trampın indi cənab Mülleri vəzifəsindən kənarlaşdırmaq istədiyinə heç bir dəlil görmür”. “Mənə tam aydındır ki, Ağ Evdə hamı bilir ki, o Mülleri kənarlaşdırsa, bu, prezident Trampın prezidenliyinin sonu olar”, o bildirib.

XS
SM
MD
LG