Accessibility links

Respublikaçıların Nümayəndələr Palatasında nəzarəti əlinə alması qanunvericilik orqanlarında öz əksini tapıb

Müxalifətdə olan Respublikaçıların Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında nəzarəti əlinə alması ilə nətilənmiş qələbəsi ştatların qanunvericilik orqanlarında öz əksini tapıb. Hər iki partiyanın nümayəndələrindən ibarət olan Ştatlarda Qanunvericilik üzrə Milli Konfrans bildirir ki, Respublikaçılar 1946-cı ildən bəri ilk dəfə olaraq ən çox yer qazanaraq, tarixi qələbə əldə ediblər.

Dünənki seçkilərdən əvvəl hər iki palatanın qanunvericilik orqanlarında Demokratlar respublikaçıların nəzarətində olan 14 ştatla müqayisədə 27 ştatda hər iki palatada üstünlüyə malik idi. Ştatlarda Qanunvericilik üzrə Mili Konfransın məlumatına əsasən, seçkilərdən sonra Respublikaçılar 24 ştatda, Demokratlar isə 14 ştatda qanunvericilik orqanlarında hər iki palataya nəzarət edir. Respublikaçılar hər iki palatada qələbəni 6 ştatda - Alabama, Şimali Karolina, Meyn, Nyu Həmpşir və Minnesota ştatlarında əldə ediblər.

XS
SM
MD
LG