Accessibility links

Əlil rəssamın əsərləri [Video-müsahibə]


Əlil rəssamın əsərləri
please wait

No media source currently available

0:00 0:02:14 0:00

El Condado de Prince William, en Virginia, está ofreciendo eventos en los que hacen pruebas completamente gratuitas de COVID-19.

Dərgah Əliyev Amerikanın Səsinə müsahibəsində problemlərindən danışıb

Dərgah Əliyev rəssamdır. Əliyev Quba şəhərində yaşayır. Ömrünü əlil arabasında keçirən 23 yaşlı rəssam çoxsaylı əsərlər yaradıb.

Dərgah Əliyev Ameriknanın Səsinə müsahibəsində əsərlərindən və problemlərindən danışıb.

O əsərlərini texnikaslından asılı olaraq müxtəlif dövrlərdə yaratdığını bildirib.

“Elə əsərlərim var ki, üzərində altı ay işləmişəm. Texnikasına baxır. Yağlı boya ilə, sulu boya ilə, akvarellə, akrillə işlərim var”.

O yeriyə bilmir, əlil arabasında gəzir. “İnidyədək hər hansı müalicə götürməmişəm”.

D.Əliyevin emalatxanası da yoxdur.

“Bütün əsərlərimui ev şəraitində işləmişəm. Ev şəraitində işləmək çox çətindir. İdeyalarım var, amma ev şəraitində reallaşdırmaq mümkün deyil”.

Rəssam köməyə ehtiyac duyur.

“Heç olmasa Rəssamlar İttifaqı kömək etsə yaxşı olardı. Açığı öz evim yoxdur. Əmimin evində qalıram. O ev də təmirsizidr. Mənə çətindir. Çox çətindir”.

Dərgah Əliyev motorlu əlil arabası ilə təmin olunmasını arzulayır.

“Bu arabam təzədir. Amma akumlyatoru zəifdir. Sağ olsun gəzməyimə dostum kömək edir. Daşınma problemim var”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG