Accessibility links

Gündüz Ağayev: Daxilimdə bir inqilabi ruh var [Video]


Karikaturaçı rəssam-rəngkar Gündüz Ağayevlə müsahibə
please wait

No media source currently available

0:00 0:07:37 0:00

Karikaturaçı rəssam-rəngkar Gündüz Ağayevlə müsahibə

Tənqidçi karikaturaçı istəyir ki, siyasi məhbuslar olmasın, məhkəmələr azad olsun, insanlar günahsız yerə tutulmasın

Tənqidçi karikaturaları ilə tanınan rəssam-rengkar Gündüz Ağayev Amerikanın Səsinə müsahibəsində karikaturaları barədə danışıb. Müsahibəni təqdim edirik:

Sual:
Gündüz, niyə məhz karikaturanı seçdiniz?

Cavab: Əslində karikatura məni seçdi. Belə deyək, ölkədə gedən proseslər, problemlər məni məcbur elədi ki, bu janrda işləyim. Boşluqlar çoxdur. Rəssamların demək olar ki, 100 faizi bu problemləri qabartmır, hansı ki, qrafik yönümündə olan rəssamlar. Sərgilərə gedirəm və həmişə də deyirəm bayağı mövzular, kolxoz, sovet mövzuları. Bunlar məcbur elədi ki, mən karikaturada işləyim.

Sual: Karikatura çəkməklə nələri göstərmək istəyirsiniz?
Əlbəttə ki, problemlər çoxdur məhkəmə sistemində, məmurların özbaşınalığı, ölkədə olan siyasi hadisələr, hami bilir bunu.
Cavab: Əsasən sosial-siyasi mövzuları, məişət mövzuları çox olmur. Əlbəttə ki, problemlər çoxdur məhkəmə sistemində, məmurların özbaşınalığı, ölkədə olan siyasi hadisələr, hami bilir bunu. Bunlar məni Azərbaycan vətəndaşı kimi narahat edir . Karikaturdan nə isə götürürlərsə, bu mənim uğurumdur.

Sual: Əsərlərinizdə nəyi və kimi tənqid edirsiniz?

Cavab: Deyirəm yenə siyasi mövzulardısa, məmur özbaşınalığı, onları tənqid edirəm. Hərdən də sataşıram. Çünki onlarda günah var. Karikaturada elədir ki, sən orada heç kimə kod (mesaj) göndərə bilmirsən. Onu xalqa çatdırmaq üçün məcbursan işləməyə. Rəngkarlıq isə əsl mənim ixtisasımdır. Karikatura ilə işlədikdə, bunun mənim rəngkarlığıma da təsiri olub.

Sual: Azərbaycanda yaradıcılıq mühiti varmı?

Cavab: Yaradıcılıq mühiti bir az nisbi anlayışdır. Mənə gəldikdə, mən problemli adamam karikaturalarıma görə, dediyim sözlərə görə bir az problem yaşandı məndə.
Daxilimdə də bir inqilabi ruh var. Hər hansı təşkilat senzura qoyanda bir az qıcıq yaranır məndə və imtina edirəm. Ona görə çox təkliflərdən imtina etmişəm. Buna görə yaradıcılıq mühiti yoxdur. Mənə görə yaradıcılıq mühiti yoxdur, amma kiməsə görə yaradıcılıq mühiti ola bilər.

Sual: Gündüz Azərbaycanın gələcəyini necə görmək istərdiniz?
Hər hansı bir siyasi məhbus olmasın, məhkəmələr azad olsun, insanlar günahsız yerə tutulmasın.
Cavab: Gələcəyi demokratik görmək istəyirəm, azad, firavan görmək istəyirəm. İnsanlar tolerant olsunlar.
Hər hansı bir siyasi məhbus olmasın, məhkəmələr azad olsun, insanlar günahsız yerə tutulmasın.
XS
SM
MD
LG