Accessibility links

Koronavirus dövründə restoranlara və ya mağazalara getmək nə qədər risklidir?


ABŞ-ın bir neçə ştatı koronavirusun yayılmasının qarşısını almaq məqsədilə restoran və barları bağlayır, xidmətləri və sifarişləri xidmətlərini məhdudlaşdırır.

Kaliforniya, Konnektikut, Ohayo, İllinoys, Nyu-York, Nyu-Cersi, Massaçusets və Vaşinqton ştatlarının qubernatorları bu məhdudiyyətləri qoyanlar arasındadır. ABŞ-ın bəzi şəhərlərinin merləri də oxşar tədbirlər həyata keçirir.

Şimali Karolina Dövlət Universitetinin professoru və qida təhlükəsizliyi üzrə mütəxəssis Ben Çipman deyir ki, iş koronavirusa gəldikdə, insanlar yadda saxlamalıdırlar ki, yeməyin yoluxma riski ilə heç bir əlaqəsi yoxdur.

"Məni kiminsə yemək hazırlayarkən öskürməsi narahat edir. Qidanın özü başlanğıcda bir risk faktoru olaraq təyin olunmayıb. Yemək bu virusa və ya hər hansısa digər tənəffüs virusu xəstəliyində risk faktoru olaraq təyin edilməyib" - deyə, Çipman bildirir.

Səhiyyə mütəxəssisləri hələ də koronavirusun (COVİD-19) necə yayıldığını tam şəkildə öyrənməyə çalışır.

Xəstəliklərə Nəzarət Mərkəzləri bu virusun ilk növbədə infeksiyaya yoluxmuş şəxsin öskürməsi və ya asqırması zamanı yayıldığını deyir. İnsanın koronavirusa səthlərdən və ya üzərində virus olan əşyalardan yoluxa bilməsi də mümkündür.

Buna görə də hazırda restoranlara gedənlərin gigiyenaya ciddi riayət etmələri çox vacibdir.

"Mən adəti üzrə menyunu əlimə alır və bu menyudan yemək sifariş verirəm. Bu menyunu məndən əvvəl kimlərin əlinə aldığını bilmirəm və buna görə də əllərinizi yumağı və ya əl dizinfeksiyası vasitələrdən istifadə etməyi tövsiyə edirəm. Və eyni işi süfrədəki ədvalar, duz və ya istiota əl vurarkən də edin. Həqiqətən bu yalnız koronavirus deyil, adi qrip riskini də azalda bilər", Çipman deyir.

Milli Restoran Assosoasiyası koronavirusun yayılmaması üçün ata biləcəkləri addımlar barədə ABŞ-dakı qida müəssisələrinə göstərişlər verib. Bu göstərişlərə səthləri daha tez-tez silmək və Ətraf Mühitin Mühafizəsi Agentliyinin koronavirusa qarşı təsirli olan dezinfeksiyaedici maddələrindən istifadə etmək daxildir.

Həm restoranlarda, həm də ərzaq mağazalarında narahatlıq doğuran şey, eyni qab-qacaqdan istifadə edilən özünəxidmət yemək barlarıdır. Çipman onlara hamının istifadə etdiyi qabları mütəmadi olaraq təmizləməyi və ya dəyişdirməyi məsləhət görür.

Yoluxmaya əsas risk faktorunun ətrafda xəstə insanların olması olsa da, mağazalardakı yük arabaları, qablar və özünəxidmət sahələri, qidaların saxlanıldığı soyuducuların qapıları, qapı dəstəklərinin üzərində və ayaqyolu kimi yerlərdə də risklər var. Alıcılar bu riski əlləri yumaq, üzə toxunmamaq və əl təmizləyici vasitədən istifadə etməklə azalda bilər.

XS
SM
MD
LG