Accessibility links

ABŞ-da restoranlar koronavirusa görə ciddi ziyana məruz qalıb


Koronavirus qorxusu yayılmazdan bir neçə ay əvvəl belə Amerikanın restoran bizneslərində geriləmə müşahidə edilirdi.

Lakin aşpaz Terri Kasotakis və baş menecer Pol Conson kimi bəzi biznes adamları havanın istilənməsi ilə vəziyyətin düzələcəyinə ümid edirdi.

“Yanvar və fevral aylarında fırtınalarla qarşılaşdıq. Ümidimiz aprel ayına idi. Restoranımızın böyük açıq seksiyası var. Bura olduqca populyardır və çoxsayda insanı yerləşdirə bilir” - deyə, Condon bildirib.

Ötən həftə Virciniya ştatının biznesləri 90 faiz itki verib.

Virciniya restoranlara 10 faizlik məhdudiyyət tətbiq edib. Digər ştatlar isə koronavirusla mübarizə məqsədi ilə daha kəskin ölçülərə əl atıb.

Kaliforniya, Konnektkut, Ohayo, İllinois, Nyu-York, Nyu Cersi, Massaçussetts və Vaşinqton ştatları restoran və barların bağlanmasına göstəriş verib, sifariş xidmətlərinə məhdudiyyətlər tətbiq edib.

ABŞ Senatında kiçik bizneslər və ailələrə yardım paketi nəzərdən keçirilir.

Yardım paketi amerikalıların 90 faizinə birbaşa ödənişlər edilməsini nəzərdə tutur.

Terri Kasotakis
Terri Kasotakis

4 nəfərdən ibarət ailələrə 3 min dollar, bizneslərə isə 500 milyard dollar ayrılmalıdır. Şəhərlər və ştatlar isə kiçik bizneslərə 350 milyard dollar ödənilməsini planlaşdırır.

İqtisadçıların dediyinə görə, kiçik restoranlar hələ də sığorta, elektrik və icarə ödənişlərini etməlidir. Onlara yardım göstərildiyi təqdirdə belə, kiçik bizneslər itki verməkdə davam edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG