Accessibility links

Bruklin restoranı qaçqınlara aşpazlıq təlimləri verir [Video]


Bruklin restoranı qaçqınlara aşpazlıq təlimləri verir
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Birləşmiş Ştatlar son ildə 100,000-ə yaxın qaçqın qəbul edib. Digər mühacirlərlə müqayisədə qaçqınlar və siyasi sığınacaq alanlar yeni həyata başlamaq üçün daha çox dəstəyə ehtiyac duyurular. Bruklində yerli restoranlardan biri bu insanlara çox praktiki və ləziz yolla kömək edir.

Emma Torch Bruklinin Red Hook məhəlləsində yerləşən restorandır. Restoran həftə sonları popular səhər yeməyi təklif edir.

Baxmayaraq ki, oxşar menunu Bruklində bir çox yer təklif edir, yalnız Emma Torch-da qida qaçqınlar və insan alveri qurbanları tərəfindən hazırlanır.

“Bu ölkəyə yenicə gəlmiş insanlar üçün iş imkanları çox deyil. Amma onların təcrübələri, bilikləri və mədəniyyətlərini ictimaiyyətinin xeyrinə istifadə etməyin o qədər yolları var ki. Ona görə də, mənim belə bir ideyam yarandı. Qidadan daha universal nə olar bilər?

Klodin Burkina Fasoda qadın hüquqları fəalı idi və 2014-cü ildə ABŞ-da siyasi sığınacaq aldı. Sonra isə Beynəlxalq Xilas Komitəsi adlı insan hüququları qrupunun köməkliyi ilə təlim proqramında iştirak etdi.

“Bura gözəl bir ailə kimidir. Onlar yaxşı təhsil verirlər. Anlamadığım bir şey varsa, daha çox vaxt ayırıb bunu mənə izah edirlər. Məni yaxşı öyrədirlər.”

Emma Café-də təlimlər cümədən bazar gününə qədər keçirilir. Səkkiz həftə ərzində iştirakçılar peşəkar aşpazın nəzarəti altında qida hazırlanmasının müxtəlif mərhələrini öyrənirlər.

“Mən bütün mədəni müxtəliflikləri və onların bura gələnə qədər keçdikləri yolları diqqətdə saxlayıram. Bu həqiqətən çox vacibdir və adi yumurtanı necə bişirmək lazım olduğunu izah edəndə belə bunu nəzərə almalı oluram. Ona görə də burada insanlıq və yaxşı yemək bişirmək bacarıqları arasında balans mövcuddur.”

Son dörd ay ərzində təlim proqramını səkkiz nəfər tamamlayıb və onların ikisi şəhərin yüksək səviyyəli restoranlarında işə düzəliblər.

“Bizim ilk məzunlarımız nəinki gözləntiləri yerinə yetiriblər, onlar yeni iş yerlərində irəli gedirlər və yeni həyatlarını qurmaqdadırlar. Biz növbəti iştirakçılarla bağlı çox həvəsliyik.”

Brodi, restoranı daha böyük bir məkana keçirəcəyinə və bənzər restoranları digər şəhərlərdə də açacağına ümid edir. O növbəti il ərzində 50 qaçqına təlim verməyi planlaşdırır. Klodin isə proqramı bir həftə ərzində tamamlayacaq və onun artıq planları da var.

Böyük restoranda Amerika və Afrika yeməkləri bişirmək istəyirəm.

XS
SM
MD
LG