Accessibility links

''Mehmana anası sağ ikən görüşə icazə verilməli idi'' [Video-Müsahibə]


''Mehmana anası sağ ikən görüşə icazə verilməli idi''
please wait

No media source currently available

0:00 0:06:20 0:00

''Mehmana anası sağ ikən görüşə icazə verilməli idi''

Siyasi fəal Rəsul Mürsəlov Amerikanın Səsinə müsahibədə anasının səhhəti ilə əlaqədar bloqqer Mehman Hüseynovun qısa müddətli azadlığa buraxılmamasının səbəblərini şərh edir.

Rəsul Mürsəlovun zölərinə görə, əgər məhkum az ağır cinayətlərlə ittiham olunursa o zaman qanun icazə verir ki, həmin məhkum 7 gün ərzində yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə törədən hal baş verdiyində müvəqqəti azadlığa buraxılsın. Ancaq cəzaçəkmə müəssisəsinin Mehman Hüseynovla bağlı verdiyi rəyə əsasən ona anası xəstəxanada ikən görüşə icazə verilmədi.

Siyasi məhbus məsələlərində həbsxana rəhbərliyinin heç bir hüququ yoxdur.

''Əslində isə rəhbərlik Mehman haqqında normal rəy verməliydi. Lakin, siyasi məhbuslarla bağlı qərarı həbsxana deyil, Prezident Administirasiyası tərəfindən verildiyi üçün Mehmanı buraxmadılar. Penitensiar xidmətin cavabı isə birbaşa Administirasiyadan gələn ''yox'' cavabının əsaslandırılmış versiyası idi.''

Siyasi fəal bildirib ki, Mehman Hüsoynava əvvəlcə anası ilə görüşə icazə verilmədiyi halda anası vəfat edəndən sonra müvəqqəti azadlığa buraxılması Penitensiar xidmətin öz-özünü təkzib etməsi və Mehman haqda çıxardıqları rəyin yalan olduğunun sübutudur.

Üç günə Mehman Hüseynovun xasiyyətimi dəyişdi?

''3 gün öncə eyni səbəblərə görə azadlığa buraxılmayan Mehman Hüseynovun anası vəfat edəndən sonra müvəqqəti azadlığa buraxılması birbaşa həbsxana rəhbərliyinin və Prezident Administirasiyasının özü-özünü təkzib etməsidir. Bu da qərarın siyasi olduğunun bariz nümunəsidir. Bütün cəmiyyət bilir ki, Mehman Hüseynov hansı xasiyyətə, necə davranışa sahib insandır.''

Fikirləriniz

Show comments

XS
SM
MD
LG