Accessibility links

“Bu da hökümətin saxta cinayət işlərindən biridir” [Video-Müsahibə]


“Bu da hökümətin saxta cinayət işlərindən biridir”
please wait

No media source currently available

0:00 0:05:09 0:00

Mühacirətdə olan siyasi fəal Rəsul Mürsəlov vergidən yayınma ittihamı ilə barəsində açılmış cinayət işi ilə bağlı Amerikanın Səsinə müsahibə verib.

Rəsul Mürsəlovun sözlərinə görə, son 6 ildə Azərbaycanda iş fəaliyyətinin olmamasına baxmayaraq, mayın 17-də ünvanlarına gələn məktubda göstərilir ki, "Mers- Servis" MMC-nin rəhbəri kimi 2823,36 manat vergidən yayınıb.

Vergilər Nazirliyinin reyestr məlumatlarından görünür ki, "Mers- Servis" MMC 2009-cu ildə Bakı şəhəri, Əlibəyov qardaşları, ev 75, mənzil 43-də qeydiyyatdan keçib.

Rəsul Mürsəlov həmin ünvanları tanımadığını, şirkətlərdən xəbərsiz olduğunu deyir. İndiyədək ona bu şirkətlərlə bağlı hər hansı xəbərdarlığın, sənədin gəlmədiyini də bildirir.

Rəsul Mürsəlov deyir ki, heç vaxt sahibkarlıqla məşğul olmayıb, hüquqi şəxs kimi vergi orqanlarında qeydiyyata düşməyib. Siyasi fəal bu cinayət işinin birbaşa onun siyasi fəaliyyəti ilə bağlı olduğunu düşünür:

"Hesab edirəm ki, bu, birbaşa siyasi fəaliyyətimlə bağlıdır. Hakimiyyət mühacirətdəki siyasi fəalları İnterpol vasitəsilə ölkəyə gətirmək üçün vergidən yayınma maddəsindən sui-istifadə edir. Ancaq bu kimi addımlar məni heç bir halda siyasi fəaliyyətimdən çəkindirmir" – deyə, o bildirib.

Rəsul Mürsəlov 2012-ci ildə siyasi səbəblərdən həbs edilib. Beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıb. O, 2014-cü ildə azadlığa çıxdıqdan sonra barəsində yenidən cinayət işi açılıb və ölkəni məcburi tərk edib. Təzyiqlər nəticəsində ailəsi ondan imtina edib.

XS
SM
MD
LG