Accessibility links

"İlham Əliyev hazırkı vəziyyətdə özünə qarşı xalqdan yox, ətrafındakılardan təhlükə hiss edir" [Audio-Müsahibə]


Rəsul Quliyev
Rəsul Quliyev

Amerikanın Səsinə müsahibə verən Azərbaycan Parlamentinin sabiq spikeri Rəsul Quliyev prezident İlham Əliyev tərəfindən növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncamına münasibət bildirib.

"İlham Əliyev hazırkı vəziyyətdə özünə qarşı xalqdan yox, ətrafındakılardan təhlükə hiss edir"
please wait

No media source currently available

0:00 0:09:23 0:00

Prezident İlham Əliyev fevralın 5-ində imzaladığı sərəncama əsasən növbəti prezident seçkiləri planlaşdırıldığı kimi oktyabr ayının 17-sinde yox, aprelin 11-də keçiriləcək. Hazırda ABŞ-da yaşayan Parlamentin sabiq spikeri Rəsul Quliyevin bu qərarın prezidentin bu qərarına münasibətinin mənfi olduğunu bildirərək, onu "konstitusiyanı məhv edən" referendumlar keçirməkdə günahlandırıb.

İlham Əliyev elan edir ki, mən alternativsiz seçkilərə getmək istəyirəm

“İlham Əliyev hakimiyyətə gələndən bəri konstitusiyanı məhv edən, yaramaz referendumlar keçirib. O prezident seçkilərini aprel ayına çəkməklə elan edir ki, mən alternativsiz seçkilərə getmək istəyirəm. Sözsüz ki, əvvəlki seçkilərdə də ona qarşı alternativin ancaq görütüsü olub. İndi isə o ümumiyyətlə bu görüntünün də üstündən xətt çəkir."

Cənab Quliyev hesab edir ki, prezident seçkilərinə qısa müddət qalmış belə bir qərarın verilməsinə səbəb ancaq hakimiyyət daxilində gedən proseslər ola bilər.

“İlham Əliyev hansı səbəbdən belə bir qərar verib. təəssüf ki, mən bunu izah edə bilmirəm. Çünki, İlham Əliyevin oktyabr ayında seçkiləri saxtalaşdırmamasına və beləliklə seçilməməsinə heç bir şübhə yox idi. Hər halda bunu səbəbi onların daxilində gedən bir prosesdir. Yəni, İlham Əliyev hazırkı vəziyyətdən özünə qarşı xalqdan yox, ətrafındakılardan nəsə təhlükə hiss edir. Bunu başqa cür izah etmək mümkün deyil.”

Belə bir qərardan sonra seçkidə iştirak etmək çox böyük bir nadanlıq olar.

Bir müddət əvvəl 2018-ci il prezident seçkilərində iştirak etməyi planlaşdıran Rəsul Quliyev düşünür ki, bu sərəncamdan sonra seçkilərdə iştirak etmək böyük səhv olar.

“Məndən başqa kim bu prezident seçkilərində iştirak etmək istəyirdisə və belə bir qərardan sonra hələ də iştirak etmək həvəsində qalıbsa onda bu böyük bir nadanlıqdır. Mən nəzərdə tuturdum ki, mart, aprel ayında ABŞ Konqresinin üzvləri, Dövlət Departamenti, daha sonra Avropa qurumları ilə görüşlər keçirib, prezidentin qeyri-legitimliyini qəbul edəcək müəyyən bir qərarın verilməsinə nail olacam. Ondan sonra seçkidə iştirak etmək istəyirdim. İndi isə seçkidə iştirak etmək çox böyük bir nadanlıq olar.”

Guya İlham Əliyev beynəlxalq nümayəndələrin iştirak etdiyi seçkiləri saxtalaşdıra bilmirdi?

Növbədənkənar seçkilərin vaxtının məhz Rusiyadakı prezident seçkilərindən bir ay sonraya təsadüf etməsi və bununla da beynəlxalq təşkilatların diqqətini Azərbaycandakı seçkilərdən uzaqlaşdırmaq fikrinə münasibət bildirən keçmiş spiker buun təmamilə yalnış fikir olduğunu düşünür.

“Birinci ondan başlayaq ki, Avropanın heç Rusiyadakı seçkilərə də o qədər həvəsi yoxdur. Həmin seçkilərə də onlar o qədər də nümayəndə göndərmir. Həmçinin Rusiya da o nümayəndələrin çoxunu qəbul eləmir. Bu qərarın Rusiyadakı seçkilərin vaxtı ilə heç bir əlaqəsi yoxdur. Bu qəra prezident və onun ətrafında baş vermis hansısa hadisələrin nəticələridir. Guya İlham Əliyev beynəlxalq nümayəndələrin iştirak etdiyi seçkiləri saxtalaşdıra bilmirdi?

Rəsul Quliyev həmçinin onu da əlavə edir ki, Azərbaycanda xalqın ümumi vəziyyətin kəskinləşməsinə qarşı etiraz əhval ruhiyyəsi əvvəlki illərə nisbətən daha aşağıdır. Xüsusilə də son bir neçə ayda neftə hesabına ölkəyə gələn gəlirlərin miqdarının artması bu cür narazılıqların daha da azalması ilə nəticələnib.

Xalqın səbr kasasının dolması üçün birinci növbədə neftin qiymətinin 40-35 dolara düşməsi vacibdir

“Mən Azərbaycanın bugünkü vəziyyəti və gələcəyi ilə bağlı fantastik fikirlərə çox ikrahla baxıram. Mən Azərbaycanın gələcəyinə real baxıram və real olaraq bu gün İlham Əliyevin hakimiyyətinə qarşı mübarizə aparmaqda tək Azərbaycan xalqının köməyi ilə bir şey eləmək mümkün deyil. Gərək bütün beynəlxalq aləm rejimin əleyhinə köklənə bilsin.

Mən belə düşünürəm ki, belə bir rejim uzun müddət davam edə bilməz. Nəhayət bu xalqın səbr kasası mütləq dolmalıdır. Bu nə vaxt olacaq deyə bilmirəm. Çünki, bu səbr kasasının dolması üçün birinci növbədə neftin qiymətinin 40-35 dolara düşməsi, ikincisi isə İlham Əliyevin elan etdiyi reallıqdan uzaq qeyri-neft sektorunun inkişafı proqramının iflasa uğraması çox vacib məsələdir.”

XS
SM
MD
LG