Accessibility links

Rəsul Rəzəvi aclığın 28-ci günündə həbsxananın klinikasına aparılıb


Təbrizli fəala vitaminlər inyeksiya edilib

Oktyabr ayının 3-dən İranın təhlükəsizlik qurumunun basqılarına etiraz olaraq aclıq aksiyası keçirən Rəsul Rəzəvinin sağlıq durumunun olduqca kritik olduğu bildirilir. Türk fəallar isə müxtəlif şəhərlərin küçələrində plakatlar yerləşdirib və vərəqələr paylayaraq Rəzəvinin sərbəst buraxılmasını tələb edirlər.

İnsan haqları qruplarına istinadən, ötən iki həftə ərzində tanınmış fəal səhhətinin ağırlaşdığı üçün dəfələrlə Təbriz xəstəxananın klinikasına aparılıb.

Oyan News veb səhifəsinin məlumatına görə, şiddətli fiziki zəiflik səbəbilə keçən bazar günü aclıq aksiyasının 28-ci günündə, xəstəxanın klinikasına köçürülən Rəsul Rəzəviyə vitaminlər inyeksiya edilib.

Təbrizli fəal aclıq aksiyası başlayaraq, “məhkəmə hökmləri və təhlükəsizlik qurumunun məhkəmə prosesinə müdaxiləsinə” etiraz etdiyini bildirib.

İnsan haqları qrupları Rəzəvinin keçən may və iyun aylarında da təqribən 25 günlük aclıq aksiyası keçirdiyinə diqqət çəkərək onun sağlığının kritik durumda olduğunu vurğulayırlar.

O dəfələrlə müxtəlif tədbirlər, o cümlədən, Uyğur türklərinə dəstək mitinqləri, Urmiyə Gölü ilə bağlı aksiyalar və “anti-irqçilik” nümayişlərinə qatıldığı zaman nəzarət altına alınıb və məhkəmədə həbs hökmü ilə qarşılaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG