Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmə prosesi hakim Eldar İsmayılovun sədrliyi ilə davam etdirilib. Məhkəmə ittiham tərəfinin şahidlərinin dindirilməsini başa çatdırıb və sənədlərin tədqiqi mərhələsinə başlayıb. Beləliklə, növbəti məhkəmə iclası aprelin 9-da olacaq.
Mən Rəsul Cəfərovla iki layihə üzrə tərcüməçi işləmişəm, 250 və 300 manat pul almışam. Həmin vəsaitlərin qəbzlərini təqdim etmişəmRəşad Şirinov
“Demokratiya Naminə İncəsənət” kampaniyasının koordinatoru Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub. Sonradan ona qarşı yeni ittihamlar - vəzifə saxtakarlığı (CM-in 313-cü maddəsi) və mənimsəmə (179.3.2) ittihamları irəli sürülüb.
Amnesty İnternational Rəsul Cəfərovu ”vicdan məhbusu” elan edib.
Bu günki məhkəmə iclasında şahid Rəşad Şirinovin ibtidai istintaqa verdiyi ifadə elan olunub. Belə ki, Rəşad Şirin hazırda Hollandiyada elmi fəaliyyətlə məşğuldur, məhkəməyə gəlmək imkanı yoxdur. Rəşad Şirinov məhkməyə göndərdiyi məktubunda ibtidai istintaqa verdiyi ifadəsinin həqiqət olduğunu bir daha təsdiq edib.
“Mən Rəsul Cəfərovla iki layihə üzrə tərcüməçi işləmişəm, 250 və 300 manat pul almışam. Həmin vəsaitlərin qəbzlərini təqdim etmişəm”, o ifadəsində bildirib.
Bundan sonra, vəkillər Fariz Namazlı və Əlibaba Rzayev çoxsaylı vəsatətlərlə çıxış edib. Vəkillər İlkin Rüstəmzadənin, Atlas Hüseynovanın, Yusif İlkinin əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.
Rəsul Cəfərov bildirib ki, bu şəxslər film çəkilişi və başqa yönümlü qranları bütövlükdə alıblar. O səbədən də əlavə şahid qismimndə dindirilməsi vacibdir.
Prokuror Mübariz Mirili vəsatətlətin əleyhinə çıxıb və məhkəmə vəsatətləri indiki mərhlədə baxılmadan saxlayıb.
Bu zaman vəkillər 20 donor təşkilatın verdiyi qrantların təyinatı üzrə xərcləndiyi və Rəsul Cəfərova qarşı iddialarının olmaması barədə məktublarını, bu səndələri təsdiq edən videolar olan 5 kompakt diski məhkəmə heyətinə təqdim edib.
Müdafiə tərəfi həmçinin məhkəmə xətt ekspertizasının saxta olduğu barədə rəy verdiyi şahidlər Anar Cəbiyev (Nağılbaz) və Nicat İmranlının imzalarının doğruluğu barədə Polşada yerləşən müstəqil ekspertiza institunun rəyini məhkəməyə təqdim edib.
Vəkil Fariz Namazlı təqdim etdikləri səndələrin iş materiallarına əlavə olunması barədə vəsatət qaldırıb.
Prokuror Mirili vəsatətlərin əleyhinə çıxıb və fikrini Rəsul Cəfərovun geniş xarici əlaqələrinin olması ilə izah edib. O dövlət ekspertizasının rəyinin şübhə altına alınmasının düzgün olmadığını bildirib. Prokurorun bu mülahizələrinə zal gülüşlə reaksiya verib.
Hakim Eldar İsmayılov vəsatəti təmin edib, - səndələrin iş materiallarına əlavə edilməsi və sənədlərin tədqiqi mərhələsində öyrənilməsi barədə qərar qəbul edib.
Artıq 7-ci məhkəmə iclasıdır, prokuror da, məhkəmə heyəti də mənim necə insan olmağım barədə təsəsvvürə malikdir. Həbs qətimkan tədbiri dəyişdirilməlidir.
Vəkil Fariz Namazlı ekspert Zöhrə Abdullayevanın məhkəməyə dəvət edilməsini və Norveç səfirliyindən qrantla bağlı maliyyə səndələrini məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırıb.
Rəsul Cəfərov bildirib ki, Norveç səfriliyinin vəsaiti səfər proqramına xərclənib və bunu sübut edən sənədlər istintaqa təqdim edilib.
“Norveç Xarici İşlər Nazirliyinin qaydalarına görə, maliyyə sənədlərinin əsli qrantı alan tərəfə təqdim edilə bilməz. Bu səbəbdən də məhkəmənin müraciəti lazımdır,” hüquq müdafiəçisi deyib.
Dövlət ittihamçısı bu vəsatətlərin də əleyhinə çıxıb və hakim vəsatətləri indiki mərhələdə baxılmamış saxlayıb.
“Sənədlərin tədqiqi mərhələsində ehtiyac duyularsa bu vəsatətlərə yenidən qayıda bilərik”, Eldar İsmayılov qeyd edib.
Vəkil Fariz Namazlı Rəsul Cəfərova qarşı hər hansı şəxsin, təşkilatın iddia irəli sürmədiyini, şahidlərin didnirilməsinin başa çatdığını, Cəfərovun istintaqa təsir imkanlarının olmadığını məhkəmə heyətinin diqqətinə çatdırıb. O Rəsul Cəfərov barədə həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət qaldırıb.
Öz növbəsində Rəsul Cəfərov məhkmənin diqqətinə çatdırıb ki, onun məhkmədən qaçmaq, gizlənmək məqsədi olmayıb və olmayacaq.
“Mənim bank hesablarım dondurulanda xaricdə idim, ölkəyə qayıtdım. İsitntaq dəvət etdiyi vaxt ifadə vermişəm. 2014-cü il iyunun 29-da xaricə getmək istədikdə sərhəd-keçid məntəqəsində ölkədən çıxmağıma qadağa qoyulduğunu bilmişəm və ölkədən qanunsuz yolla çıxmağa və ya istintaqdan gizlənməyə cəhd etməmişəm. Artıq 7-ci məhkəmə iclasıdır, prokuror da, məhkəmə heyəti də mənim necə insan olmağım barədə təsəsvvürə malikdir. Həbs qətimkan tədbiri dəyişdirilməlidir”, o qeyd edib.
Dövlət ittihamçısı Mirili yenə də Cəfərovun geniş beynəlxalq əlaqələrinin olmasına istinad edərək vəsatətin əleyhinə çıxış edib. Məhkəmə heyəti vəsatətin əsassız olduğunu bildirirək təmin etməyib.
Vəkil Əlibaba Rzayev istintaq aparanların məhkməyə dəvət edilməsi barədə vəsatət qaldırıb.
“Gəlib məhkmədə külli miqdarda mənimsəmə və qanunsuz sahibkarlıq ittihamını hansı əsaslarla irəli sürdüklərini sübut etsinlər. Cəfərova qarşı heç kimin iddiası yoxdur, şahidlərin hamısı xidmətləri müqabilində əmək haqqı aldıqlarını bildirib və bu, səndələrdə təsdiqini tapıb. Burada nəinki külli miqdarda mənimsəmə, heç mənimsəmə faktı da yoxdur. Ədliyyə Nazirliyinin qrantı qeydə almamasını isə qanunsuz sahibkarlıq hesab etmək mümkün deyil”, vəkil qeyd edib.
Hakim bu vəsatətin də baxılmasını təxirə salıb.