Accessibility links

Rəsul Cəfərov “Diktator”a görə həbs edilə bilər? (Videolar)


"Diktator" videosundan kadr

Yerli media bunu versiyalardan biri kimi təqdim edir

Yerli media hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsi ilə bağlı müxtəlif versiyalar üzərində dayanır. Bunlar onun siyasi məhbusların hüquqlarının müdafiəsi, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının boykotu istiqamətində fəaliyyəti və beynəlxalq təşkilatlarda Azərbaycanda insan hüquqlarının ağır durumu ilə bağlı çıxışlarıdır. Versiyalarından biri də onun prodyuseri olduğu dəqiqə yarımlıq “Diktator” videoçarxını göstərilir.

Server xətası

Oops, as you can see, this is not what we wanted to show you! This URL has been sent to our support web team to the can look into it immediately. Our apologies.

Please use Search above to see if you can find it elsewhere

Videoçarx bir neçə gün öncə youtube şəbəkəsində yayılıb. Məhz Cəfərovun həbsi həmin vaxta təsadüf edir.

Video 1940-cı ldə işıq üzü görmüş “Böyük diktator” bədii filmində Çarli Çaplinin məhşur nitqi əsasında çəkilib.

Server xətası

Oops, as you can see, this is not what we wanted to show you! This URL has been sent to our support web team to the can look into it immediately. Our apologies.

Please use Search above to see if you can find it elsewhere

Bu nitq çox zaman tənqidçilər tərəfindən Çaplinin öz baxışlarınını ifadəsi kimi interpretasiya edilir. Bəzən makkartizm dövründə Çaplinin ABŞ-dan qovulmasının səbəblərindən biri kimi məhz həmin tənqidi fikirlərlə dolu mübahisəli nitq göstərilir.

Xatırladaq ki, bir qayda olaraq rəsmi Bakı ölkədə heç kimin baxışlarına, fikrilərinə görə həbs edilmədiyini bəyan edir. Dövlət rəhbərləri Azərbaycanın Avropa hüquq məkanında olduğunu və insanların qanun qarçşısında bərabər olduğunu bildirir.

XS
SM
MD
LG