Accessibility links

Rəsul Cəfərovun həbs müddəti 3 ay azaldılıb [Video]


Rəsul Cəfərov
Rəsul Cəfərov

Vəkil məhkəmə qərarını qərəzli sayır

İyulun 31-də Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs müddətini üç ay azaldıb.

Belə ki, bu gün Cəfərovun apellyasiya şikayətinə baxılıb.

Vəkil Rəsul Cəfərovun həbs müddətinin 3 ay azaldılmasını şərh edir
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Vəkil Fariz Namazlı Cəfərovun vergi borcunun ödənməsi haqqında sənəd təqdim edib və vergi ödənişindən yayınmaya görə cəzanın – 1 il azadlıqdan məhrumetmə cəzasının ləğv edilməsi barədə vəsatət qaldırıb.

Digər vəkil Əlibaba Rzayev bütün ittihamların əsassız olduğunu bildirib və Cəfərovun cinayət təqibinə son qoyulması, ona bəraət verilməsi və həbsdən azad edilməsi haqqında vəsatət qaldırıb.

O qeyd edib ki, Cəfərova qarşı bütün ittihamlar qrant layihələrinin həyata keçirilməsi iddialarına əsaslanıb, bu, qanunsuz sahibkarlıq, mənimsəmə və vergi ödənişindən yayınma kimi qiymətləndirilib.

“Bu, cəfəngiyyatdır, çünki qanunsuz sahibkarlıq olsaydı, qanunsuz gəlirlərə necə vergi düşə bilərdi?

Qeydiyyatsız qrantların həyata keçirilməsi yalnız 2014-cü ildən qanunsuz olub, bundan sonra isə Cəfərov qrant layihəsi həyata keçirməyib. Buna görə ona qarşı bütün ittihamlar əsassızdır”, deyə Rzayev bildirib.

İstintaqın və məhkəmənin zərərçəkmiş kimi qəbul etdiyi şəxslərə gəlincə, onlar özlərini bu statusda görmədiklərini bildiriblər və hətta bununla bağlı apellyasiya şikayəti veriblər.

Cəfərov özü bildirib ki, o, vergi borcunu özünü təqsirli bildiyi üçün ödəməyib. “Bu, hakimiyyətlə dialoqa doğru addım idi”, o bildirib.

Qrantların həyata keçirilməsinə görə nəzarəti donorlar özləri həyata keçirirdi, onların əksəriyyətinin Bakıda ofisləri var idi. Amma istintaq onların fikri ilə heç maraqlanmayıb.

Qısa sürən müşavirədən sonra məhkəmə cəza müddətini üç ay – 6 il üç aya qədər uzatmaq qərarı qəbul edib.

Rəsul Cəfərov 2 avqust 2014-cü ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Sonradan onu həm də mənimsəmə və vəzifə saxtakarlığında ittiham ediblər.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onu “vicdan məhbusu” elan edib.

Hökm elan edildikdən sonra Cəfərov bildirib ki, onu saxta və siyasi sifariş hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG