Accessibility links

Türkiyə Qara Dənizdə əhəmiyyətli qaz yatağı aşkarlayıb


Reuters xəbər verir ki, Türkiyə Qara dənizdə əhəmiyyətli qaz yataqları kəşf edib. İki rəsmi mənbənin verdiyi xəbərə görə, tapıntı qaz yataqlarından ticari məqsədlə istifadə edildiyi təqdirdə ölkənin enerji idxalından asılığını azaltmağa kömək edəcək.

Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə günü ölkənin enerji rəsmiləri ilə görüşündə bildirib ki, cümə günü "yeni bir dövr" gətirəcək "müjdəli xəbər" verəcək.

Ərdoğan görüşdə başqa heç bir məlumat verməsə də, mənbənin Reutersə bildirdiyinə görə, Qara dənizdə tapılan qaz miqyasına görə 20 il Türkiyənin ehtiyaclarını ödüyə biləcək səviyyədədir.

Türkiyənin "Fatih" qazma gəmisi iyul ayının sonundan etibarən Qara dənizin qərbində, Türkyə sahillərindən təxminən 100 dəniz mili məsafəsində Tuna-1 kimi tanınan tədqiqat zonasında axtarışlar aparır.

Mənbə bildirib ki,"Tuna-1-də təbii qaz tapılıb. Təxminlərə əsasən yataqdakı ehtiyyat 800 milyard kub metrdir və bu, 20 il Türkiyənin ehtiyacını qarşılaya bilər".

Lakin bununla birlikdə o həmçinin bildirib ki, isteshala başlamaq üçün yeddi ildən 10 ilə qədər vaxt tələb olunur və investisiya xərclərinin 2-3 milyard dollar olacağı təxmin edilir.

Rəsmilər, o cümlədən Enerji naziri Fatih Dönmez cümə günü ediləcək elanla əlaqədar heç bir məlumat verməyib. O bildirib ki, Ərdoğan özü "sürprizi" açıqlayacaq.

Enerji ehtiyacını ödəmək üçün idxaldan tamamilə asılı olan Türkiyə Qara və Aralıq dənizinlərindəki karbohidrogen ehtiyyatlarını tapmaq üçün araşdırmalar aparırdı. Mübahisəli sularda aparılan tədqiqat işləri Yunanıstan və Kipr tərəfində etirazlara səbəb olub.

Əgər Qara dənizdə tapılan ehtiyatlarının miqyası təsdiqlənərsə, bu, təxminən 1-2 trilyon kub metr böyüklüyündə əhəmiyyətli bir tapıntı hesab ediləcək. Bununla birlikdə analitiklər Türkiyənin ehtiyatın bazara çıxarılması üçün əlavə infrastruktur xərcləri ilə üzləşə biləcəyini söyləyirlər.

XS
SM
MD
LG