Accessibility links

Reks Tillerson - ABŞ-ın dövlət katibliyinə namizəd [Video]


ABŞ-ın növbəti prezidenti Donald Tramp Texasın neft icraçısını administrasiyasında ən böyük Kabinet postu olan dövlət katibliyinə nəmizəd seçib. EksonMobil şirkətinin icraçı direktoru Reks Tillersonun diplomat kimi heç bir təcrübəsi olmasa da, onun bir çox ölkədə, xüsusilə Rusiyada biznes əlaqələri mövcuddur. Bu vəzifəyə ən iddialı namizədlər Tillersonla yanaşı, Nyu-Yorkun sabiq meri Rudi Culiani, Massaçusetsin sabiq qubernatoru və 2012-ci il prezident seçkilərində Respublikaçı namizəd Mitt Romni, eləcə də CIA-in sabiq direktoru Deyvid Petreyes idi.

Reks Tillerson - ABŞ dövlət katibiliyinə namizəd
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Dövlət katibliyi üçün Reks Tillersonun adı yalnız ötən həftə hallanmağa başlamışdı. Şənbə günü onun Donald Trampla ikinci görüşündən sonra keçid komandasının üzvləri onun ən iddialı namizəd olduğunu bildirib. Tənqidçilər dərhal Tillersonun siyasi təcrübəsinin olmamasını diqqətə çatdırıblar. Tramp isə seçimini belə əsaslandırıb.

"Mənim üçün onun bir çox oyunçunu tanıması və yaxşı tanıması üstünlükdür. O, Rusiya ilə nəhəng sövdələşmələr aparıb" - deyə Donald Tramp bildirib.

Bu sövdələşmələr Rusiya prezident Vladimir Putinin 2013-cü ildə Tillersonu Dostluq Ordeninə layiq görməsi ilə nəticələnib.

Putini 1999-cu ildən tanıyıram və onunla çox yaxın dostluq əlaqələrim var.
Reks Tillerson

Reks Tillerson: "Putini 1999-cu ildən tanıyıram və onunla çox yaxın dostluq əlaqələrim var".

Tillerson həmçinin ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının tənqidçisi olub. Bu sanksiyalar onun bəzi gəlirli layihələrinin üzərindən xətt çəkib. Ekson rəhbərinin Rusiya ilə əlaqələri Senatın onu təsdiq etməsinin qarşısını ala bilər. ABŞ-ın Rusiya ilə əlaqələri son həftələrdə ABŞ prezident seçkilərinə təsir edə biləcək haker hücumlarının Moskva tərəfindən sponsorlaşdırılmasına dair kəşfiyyat məlumatlarının yayılması ilə daha da pisləşib.

Trampın müşaviri Kellian Konvey ABC telekanalının Good Morning Amerika proqramına müsahibəsi zamanı Tillersonun nominasiyasını müdafiə edib: "Elə deyil ki, o, Vladimir Putinlə barda araq içir, onlar biznes kontekstində sövdələşmə aparır və biz də bilirik ki, hazırda bizim Rusiya da daxil olmaqla, bir çox ölkələrlə yaxşı münasibətimiz yoxdur".

Tramp dəfələrlə bildirib ki, o, Moskva ilə əlaqələri yaxşılaşdırmaq istəyir.

Ağ Ev təcrübəsi olmayan bu icraçı director dünya diplomatiyası və siyasətdən kənara çıxaraq kəskin bəyanatları ilə tanınır.
Təhlilçi

Bəzi analitiklərin fikrimcə sabiq daşınmaz əmlak maqnatı başqa siyasi ideologiyalarla müqayisədə daha çox razılıq əldə etməyə maraqlıdır.

"Ağ Ev təcrübəsi olmayan bu icraçı director dünya diplomatiyası və siyasətdən kənara çıxaraq kəskin bəyanatları ilə tanınır" - deyə Texasdan siyasi təhlilçi Bud Kennedi bildirir.

Bununla yanaşı, yayılan məlumatlarda Trampın veteran diplomat Con Boltonu dövlət katibinin müavini təyin edəcəyi deyilir. ABŞ-ın BMT-dəki sabiq səfiri aqressiv mövqeyi ilə tanınır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG