Accessibility links

2023-cü ildə Moskvada keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Avropa çempionatı Bakıda olacaq

2023-cü ildə Moskvada keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Avropa çempionatı Bakıda baş tutacaq.

Bu barədə Avropa Gimnastika İttifaqının (UEG) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, yarışlar mayın 17-23-də təşkil olunacaq.

Xatırladaq ki, martın əvvəlində Beynəlxalq Gimnastika Federasiyası (FIG) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.

This item is part of
XS
SM
MD
LG