Accessibility links

Riçard Kazlariç: ABŞ-ın Rüstəmlinin həbsində günahkar olanlara sanksiya tətbiq etməsinin vaxtı çatıb


Saleh Rüstəmov

Amerikanın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Twitter hesabında həbsxanada 20 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlini müdafiə edən statusla çıxış edib.

“Bakı rejimi öz vətəndaşlarının hüquqlarını pozur və cəzasızlıq mühitində hərəkət edir. ABŞ-ın Rüstəmlinin həbsi və saxlanmasında günahkar olanlara sanksiya tətbiq etməsinin vaxtı çatıb. Vaşinqtonun alətləri var. Onlardan istifadə etməlidir,” keçmiş səfir qeyd edir.

Rüstəmlinin aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən çoxdur həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.

Vəkil Bəhruz Bayramov onun vəziyyətinin kritik olduğunu deyib.

“Rüstəmli güclə yeriyir, danışıq tərzini itirib. Qırıq-qırıq danışır, danışığı başa düşülmür. Baş həkim müayinə edib və deyib ki, vəziyyəti yaxşı deyil, məcburi müdaxilə ediləcək, qida qəbul etdiriləcək. Bu zaman Rüstəmli qəti etiraz bildirib. O, noyabrın 26-dan quru aclığa keçəcəyini, maye qəbul etməyəcəyini bildirdi,” vəkil Amerikanın Səsinə qeyd edib.

Vəkilin və ailə üzvlərinin dediklərinə görə, Ədliyyə Nazirliyindən və Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən şərh almaq mümkün olmayıb.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihami təkzib edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onlar məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG