Accessibility links

Riçard Kazlariç: "İlk addım olaraq dərhal atəşkəs təmin olunmalıdır"


Riçard Kazlariç: "İlk addım olaraq dərhal atəşkəs təmin olunmalıdır"
please wait

No media source currently available

0:00 0:05:17 0:00

Fransa, Rusiya və Birləşmiş Ştatlar cümə axşamı Azərbaycan və Ermənistan qüvvələri arasında atəşkəsə və tərəfləri ləngimədən danışıq masasına geri dönməyə çağırıblar.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibəsində üç dünya qüdrətinin prezidentlərinin birgə bəyanatını və Rusiyanın münaqişəyə mümkün hərbi müdaxiləsini müzakirə edib.

Amerikanın Səsi: ABŞ, Rusiya və Fransa prezidentləri Azərbaycan və Ermənistanı atəşkəsə çağıran bəyanatla çıxış ediblər. Bu bəyanata münasibətiniz nədir?

Riçard Kazlariç: İlk öncə, regionda bu faciəvi və lazımsız müharibədə itki verən hər kəsə başsağlığımı çatdırıram.

Bilirsiniz, biz məsələləri bəyanatlar və ölkələr arasında münasibətlərə görə dəyərləndirik. Amma əgər biz bunun nəticəsində itki verən insanları yada salmasaq, çox böyük bir məsuliyyəti gözdən qaçırmış oluruq.

Bununla belə düşünürəm ki, dərhal atəşkəsin təmin olunmasına çağırış etmək vacibdir. Mən bu çağırışın ABŞ, Fransa və Rusiya prezidentlərindən gəlməsinə çox sevirinəm, çünki münaqişədəki tərəflərin, yəni Ermənistan və Azərbaycanın vasitəçi olan beynəlxalq tərəfdaşlarının mövqelərinin bir olduğunu anlaması mühümdür. Mən ümid edirəm ki, Minsk Qrupuna birbaşa və ya dolayı yolla cəlb olunan ölkələr də dərhal atəşkəsin təmin olunmasına dair çağırışa qoşulacaqlar.

Amerikanın Səsi: Fransa Prezidenti Emmanuel Makron münaqişə ilə bağlı açıq bəyanatlarla çıxış edərək, döyüşlərin dərhal dayadırılmasına çağırıb. Siz Fransanın məsələ ilə bağlı son addımlarını necə qiymətləndirirsiniz?

Riçard Kazlariç: Mən bu məsələni lap başdan həm Vaşinqtonda Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi olaraq, həm də ABŞ-ın səfiri olaraq yaxından təqib edirəm. Mən hər zaman düşünmüşəm ki, məsələ ilə bağlı təşəbbüs görmək öhdəliyi Minsk Qrupunun həmsədr ölkələri arasında təkcə birinin üzərinə düşmür.

Fikrimcə, təəssüf ki, müharibə səbəbilə bitən bu prosesi irəlilətmək və diplomatik həll yoluna gətirmək üçün müxətlif zamanlarda müxtəlif həmsədr ölkələr səy göstərməlidirlər. Mən belə bir şeyi alqışlayardım. Mən Rusiyadan gələn bəyanatları da alqışlayıram, çünki onlar diqqəti tərəflərin münaqişəyə son qoymasını və danışıq masasına dönməsini təmin etməyə yönəldiblər.

Lakin məni narahat edən bundan sonra baş verəcək hadisələrdir.

Fikrimcə, bir baxıma, atəşkəs təmin olunmadan növbəti addımlar haqda danışmaq üçün tezdir. Amma düşünmürəm ki, bundan sonra Minsk Qrupu ilə Yerevan və Bakı arasında aparılan həmişəki prosesi davam etdirməməliyik. Məncə yeni, ciddi və həll yolu tapmaq öhdəliyini Yerevan və Bakının siyasi rəhbərliyi üzərinə qoyan bir yanaşma olmalıdır.

Amerikanın Səsi: Əgər bəyanatlar döyüşlərin dayandırılmasına gətirib çıxarmasa, dünya qüdrətləri regionda başqa hansı addımlar ata bilərlər?

Riçard Kazlariç: Mən bunu sosial media daxil olmaqla bir neçə yerdə qeyd etmişəm ki, mənim şəxsi fikrim ondan ibarətdir ki, ilk addım olaraq dərhal atəşkəs təmin olunmalıdır. Mən səmimi qəlbdən ümid edirəm ki, bu baş verəcək. Amma əgər baş verməsə, növbəti addım olaraq Birləşmiş Ştatlar həm Bakı, həm Yerevandakı siyasi rəhbərliyə sanksiyalar tətbiq etməlidir. Bu sanksiyalar onların xaricə səfərlərinin qarşısını almalı və bu liderlərin ABŞ-da olan və ya ABŞ maliyyə qurumları ilə əlaqəsi olan aktivlərini dondurmalıdır.

İkinci addım bizim atəşkəs təmin olunana və iki tərəf arasında münaqişəyə son qoymaq üçün ciddi diplomatik danışıqlar aparılana qədər Bakı və Yerevanla iqtisadi və digər yardım proqramlarımızı dayandırmaqdır.

Bu, çox sərtdir. Bunları eşitmək insanların xoşuna gəlmir, amma biz əlimizdən gələni etmişik. Buna üç prezidentin verdiyi bəyanat da daxildir. Əgər tərəflər bu çağırışa əməl etməməyə qərar versə, o zaman fikrimcə, ən azından hər iki ölkənin rəhbərliyinin bu lazımsız müharibəni davam edirməyin nəticələrinin nə olacağını dərk etməsini təmin etmək üçün daha sərt tədbirlər görməkdən başqa çarə qalmır.

Amerikanın Səsi: Siz Rusiyanın münaqişəyə hərbi müdaxiləsini ehtimal edirsinizmi?

Riçard Kazlariç: Mən bəzi xəbərləri eşirdirəm amma nəyin doğru olduğu deyə bilmərəm. Mən Türkiyənin müdaxiləsi ilə bağlı xəbərlər eşidirəm. Mən Rusiyanın müdaxiləsi ilə bağlı məlumatlar eşidirəm. Bilirsiniz, Ruiysanın Ermənistanla müstəqil olandan bəri hətta müstəqilikdən öncə belə müqaviləyə əsaslanan münasibətləri var. Rusiyanın Ermənistanda bazaları var. Azərbaycanda isə, bəlkə də məhdud zamanlar istisna olmaqla, Rusiyanın daimi hərbi mövculuğu olmayıb. Hər iki ölkə bu döyüşlərdə istifadə olunan əhəmiyyətli sayda silahı Rusiyadan əldə edir.

Amma Rusiya onları silahla təmin edən yeganə ölkə deyil. Biz İsrailin və Türkiyənin Azərbaycanı hərbi avadanlıqla təmin etdiyini bilirik. Mən Ermənistanın da başqa mənbələrdən silah aldığını ehtimal edirəm. Amma hazırda Rusiya qoşunlarının müdaxilə etməsi Rusiyanın marağında deyil. Mən Rusiyanın Cənubi Qafqazda bir çox siyasəti ilə razılaşmıram. Amma düşünürəm ki, onlar, əsas məqsədlərindən asılı olmayaraq, Minsk prosesində məsuliyyətli tərəfdaş olublar. Buna dünən tərəfləri danışıq masasına çağıran bəyanat daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG