Accessibility links

Riçard Kazlariç: "Rejim hakimiyyətini qorumaq üçün real və uydurma düşmənlərə qarşı təqibləri davam etdirəcək"


Riçard Kazlariç: "Rejim hakimiyyətini qorumaq üçün real və uydurma düşmənlərə qarşı təqibləri davam etdirəcək"
please wait

No media source currently available

0:00 0:08:28 0:00

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Azərbaycanda muxalifət fəallarına qarşı təqiblər, mədəniyyət naziri və başqa rəsmilərin vəzifədən çıxarılması və ABŞ administrasiyasının Azərbaycandakı təqiblərə cavabı haqda danışıb.

Amerikanın Səsi: Son bir neçə aydır Azərbaycanda bir neçə müxalifət fəalı həbs olunub, təqiblər artıb. Bununla bağlı nə deyə bilərsiniz?

Riçard Kazlariç: Mənim üçün maraqlı odur ki, bizim cəmiyyətlərimiz diqqəti koronavirusa və ictimai sağlamlığa yönəltməli olduğu bir vaxt, təəssüflər olsun ki, Azərbaycanda - və bunu edən tək Azərbaycan da deyil - hökümət virus səbəbilə həm ölkə daxilində, həm də xaricdə diqqətin yayınmasından istifadə edərək müxalifətə qarşı belə addımlar atıb.

Hökümət virus səbəbilə həm ölkə daxilində, həm də xaricdə diqqətin yayınmasından istifadə edərək müxalifətə qarşı belə addımlar atıb. 

Bundan əlavə məni son həftələrdə şəxslərə qarşı görülən tədbirlər, məsələn fəalların həbs olunması təəccübləndirir. Bu gün Əli Kərimlinin telefonunun yenidən kəsildiyini oxudum. Eyni zamanda Azərbaycanda cəmiyyətə qarşı təzyiqlər artır, insan haqları pozulur. Bu tədbirlərin nə üçün indi görüldüyünü anlamaq çətindir.

Amerikanın Səsi: Qeyd etdiyiniz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin interneti və telefonu kəsilib. Sizcə nə üçün xüsusi olaraq Əli Kərimli hədəf alınır?

Riçard Kazlariç: Mən özümə bu sualı bir neçə dəfə vermişəm, xüsusilə də son zamanlarda, çünki bir tərəfdən hökümət davamlı olaraq rejimə təhlükə yaradan daxili qüvvələrin olmadığını deyir. Amma insanları, xüsusilə də Əli Kərimlini təqib etməyə davam edir. Çünki məncə o insanlar üçün Əliyevlər hakimiyyətə gəlmədən öncəki dövrün Azərbaycanının bir növ simvoluna çevrilib. Amma mən bilmirəm niyə görə bu zamanda ondan nümünə yaratmaq istəyirlər yaxud beşinci kolon adlandırlar. Təəssüflər olsun ki, prezident onu və müxalifətdəki digərlərini beşinci kolon adlandırıb. Bunların baş verdiyi görmək çox məyusedcidir.

Amma bir xarici müşahidəçi olaraq düzün desəm, Əli Kərimli hakimiyyətə hədə deyil. O demək olar ki, hər mənada təcrid olunub.

Mən həbs olunan insanlar, onların ailə üzvləri, rejim tərəfindən hədələnən insanlar və əlbəttə ki, Əli Kərimliyə görə kədərlənirəm. Amma problem təkcə bir adamda və ya Azərbaycan xalqının bir hissəsində deyil. Problem xalqın böyük hissəsinin məyus olmasındadır.

Hər kəs koronavirusa, enerji qiymətinin düşməsi ilə daha da pisləşən iqtisadi böhrana görə məyusdur. Bundan əlavə bank sistemində illərdir həll olunmayan böhran indi bank sisteminə güvənən insanları yenidən narahat edir. Belə görünür ki, Əli Kərimliyə, Xalq Cəbhəsinə ayrılan diqqət Azərbaycan cəmiyyətində baş verən daha genişmiqyaslı təzyiqlərin kiçik bir hissəsini təşkil edir.

Belə görünür ki, Əli Kərimliyə, Xalq Cəbhəsinə ayırılan diqqət Azərbaycan cəmiyyətində baş verən daha genişmiqyaslı təqyizlərin kiçik bir hissəsini təşkil edir. 

Amerikanın Səsi: Bu həbslərin çoxu karantin rejimi dövrünə təsadüf etdi və fəalların çoxu karantin rejimini pozmaq ittihamı ilə həbs olunub. Amma indi artıq məhdudiyyətlər aradan qaldırılır. Siz təqiblərin bundan sonra da davam edəcəyini gözləyirsinizmi?

Riçard Kazlariç: Əslində mən bununla bağlı nəsə deyə bilmərəm. Təqiblərin azalacağına dair işarə yoxdur. Koronavirus sahəsində baş verənlərdən asılı olmayaraq, fikrimcə, Azərbaycan xalqına mesaj göndərmək üçün təzyiqlər artacaq. Rejim hakimiyyətini qorumaq üçün real və uydurma düşmənlərə qarşı təqibləri davam etdirmək üçün əlindən gələni edəcək.

Hazırkı təqiblər hər hansı yolla öz fikrini ifadə etmək istəyən insanlara nümunədir. Hətta bu gün mən Bakıda Qarabağı geri almaq üçün Ermənistanla müharibəyə çağıran nümayişçilərin həbs olunduğuna dair xəbər oxudum. Bu məsələ ilə bağlı bildiklərim bu qədərdir. Amma fikrimcə bizim diqqət yetirməli olduğumuz bir başqa məsələ Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin yenilənmə riskidir. Hər iki tərəfin ritorikasında Minsk Qrupu çərçivəsində hər hansı irəriləyişin omaması ilə bağlı məyusluq müşahidə olunur.

Biz hətta koronavirus vəziyyəti davam edərkən belə Azərbaycan mətbuatında Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatlar və mənevrlərlə bağlı xəbərlərə rast gəldik. Və məncə koronavirusla bağlı karantin rejimi yumşaldıldığı bir vaxt regionda Dağlıq Qarabağ münaqişəsinin yenidən başlamaq ehtimalı var ki, bunun heç kimə faydası olmaz.

Amerikanın Səsi: Müxalifətə qarşı təqiblərlə yanaşı Dövlət Təhlükəsizlik Xidməti bəzi rəsmilərə qarşı reydlər keçirib və bəzi rəsmilər ya həbs olunub ya da vəzifələrindən azad edilib. Sizcə bunun arxasındakı səbəb nədir?

Riçard Kazlariç: Mən bu məsələ ilə də bağlı detallı şəkildə heç nə deyə bilmərəm. Lakin müşahidələrimə əsasən, xatırlayırsınızsa, bu proses bir neçə ay bundan öncə başladı. Mən bunu rejimin özünü müasir və yeni göstərmək propaqandası adlandırardım. Onlar bəzi şeylərin dəyişdiyini, köhnə qvardiyanın təsir və hakimiyyət dairlərindən çıxarıldığını - Ramiz Mehdiyev bunun bir nümunəsidir - və onların təkcə prezident aparatında deyil, başqa yerlərdə də yeni nəsillə əvəzləndiyini göstərmək istəyirdilər.

Və bunun ardınca Bakıdan kənardakı rayonların icra başçılarını dəyişməyə başladılar. Bəlkə də Azərbaycanı məndən daha yaxşı tanıyan biri nə üçün məhz həmin rayonların icra başçılarının çıxarıldığını deyə bilər. Amma mediada Əliyevin yeni gənc icra başçıları ilə görüşlər keçirdiyi və onlara xalqla maraqlanmalı olduqlarını, korrupsiyaya yol verməməli olduqlarını söylədiyi göstərilirdi. Bu proses hətta karantin rejimində də davam etdi, Əliyev yeni təyin olunan icra başçıları ilə telekonfranslar keçirirdi.

Mənə maraqlı gələn məsələ budur ki, biz özümüzə belə bir sual verməliyik ki, vəzifədən çıxarılan insanlar elə ilk başda kim tərəfindən təyin olunmuşdu? Əlbəttəki prezident və aparat tərəfindən. Bəs onda onların vermək istədiyi mesaj nədir? Azərbaycanın idarəçiliyində doğurdan da dəyişiklik oldumu və regionlar artıq daha gənc kadrlar tərəfindənmi idarə olunacaq.

Məncə mədəniyyət nazirinin vəzifədən çıxarılması da çox maraqlıdır, çünki indi həmin mesaj Bakıya da verilir. Çünki Bakıda korrupsiya regionlardan daha geniş yayılıb.

Amma mən bütün bu baş verənlərdən nə nəticə çıxaracağımı bilmirləm. Mən yeni icra başçılarının sələflərindən fərqli hərəkət edib-etməyəcəklərini bilmirəm. Mən Azərbaycanda lazım olan seçkilərin keçirilməsinə gətirib çıxaracaq quruluşun dəyişib-dəyişməyəcəyini bilmirəm. Bu məni çox maraqlandırır.

Əgər mən Azərbaycan hökümətinə məsləhət versəydim, sanksiyalar tətbiq olunmadan vəziyyəti düzətməsini məsləhət görərdim. Deyərdim ki, özünüzə daha çox problem yaratmayın. Amma mən onların bu təqiblərlə bağlı hər hansı dəyişiklik etmək istəklərinin olduğunu düşünmürəm.

Mən hakimiyyətin addımlarından şübhələncək qədər uzun zamandır Azərbaycanla maraqlanıram. Bəlkə də indi hakim elita daxilində ixtilaflar mövcuddur ki, bu, gələcəkdə bizə bu addımları niyə atıldığını izah edəcək. Amma hələ ki, mən kadr dəyişikliklərinin regionlarda korrupsiya baxımından nələrinsə dəyişməsinə səbəb olacağını düşünmürəm. Bu dəyişikliklər hökümətin resursları və büdcə həm koronavirusla mübarizə, həm də sosial narahtlıqları qarşılmaq səbəbilə təzyiq altında olduğu bir vaxta təsadüf edir. Eyni zamanda bəzi resurslar heç mövcud deyil ki, icra başçılarını dəyişməklə onları da dəyişmək mümkün olsun.

Amerikanın Səsi: ABŞ-ın Azərbaycandakı sabiq səfiri kimi sizcə, Birləşmiş Ştatların hazırkı administrasiyası Azərbaycan hökümətinə təqiblərə son qoymaq məqsədilə təsir göstərmək üçün nə isə edə bilərmi?

Riçard Kazlariç: Mən keçmiş iş yoldaşım Deyvid Kramerlə birlikdə ABŞ hökümətinin əlində olan vasitələrdən, xüsusilə də Qlobal Maqnistksi Aktından istifadə edərək hökümət daxilində insan haqlarını pozan, siyasi məhbusları həbs edən və korrupsioner əməlləri olan spesifik şəxslərə qarşı sanksiyaların tətbiq olunmasının vacibliyini açıq dilə gətirmişik.

ABŞ administrasiyasının cavab tədbirləri genişlənib. İndi Dövlət Departameti və ya Ağ Evdən təkcə bəyanat verilmir. İndi konkret tədbirlər görülür. Məsələn bu cür tədbirlər Özbəkistan kmi zalım rejimlərin hakimiyyətdə olduğu ölkələrdə pis əməllər edən insanlara qarşı görülüb.

İndiki administrasiyanın bu tədbirlərdən istifadə edib-etməyəcəyini bilmirəm. Bunu edəcəklərinə dair bir işarə də görmürəm.

Konqres açıq bəyanat verməyə davam edir. Helsinki Komissiyası bu yaxınlarda çox güclü bəyanatla çıxış etdi və çox soyuq mesaj verdi. Dövlət Departamenti siyasi məhbusların azadlığa buraxmasını alqışlayan bəyanat yaydı, eyni zamanda insan haqları vəziyyətinin yaxşılaşdırılması yoluna əməkdaşlıq etmək istəyini də vurğuladı.

Mən deyə bilmərəm ki, heç nə edilmir. Amma bu administrasiyanın region və xüsusilə də İranla bağlı şərhlərini nəzərə aldıqda hər hansı güclü addmlar atacağını düşünmürəm. Əgər mən Azərbaycan hökümətinə məsləhət versəydim, sanksiyalar tətbiq olunmadan vəziyyəti düzətməsini məsləhət görərdim. Deyərdim ki, özünüzə daha çox problem yaratmayın. Amma mən onların bu təqiblərlə bağlı hər hansı dəyişiklik etmək istəklərinin olduğunu düşünmürəm.

XS
SM
MD
LG