Accessibility links

Riçard Luqar 87 yaşında vəfat edib


Keçmiş respublikaçı senator Riçard Luqar aprelin 28-də 87 yaşında vəfat edib. O, Soyuq Müharibə bitəndən sonra sovetlərin nüvə və kimyəvi silahlarının məhv olunmasını nəzərdə tutan proqramın yaradılmasında əsas rol oynamışdı.

Luqar 1977-ci ildən 2013-cü ilədək Senatda İndiana ştatını təmsil edib. O, Senatın Xarici Əlaqələr Komitəsində xidmət edib, iki dönəm sədri olub.

Xarici məsələlərdə nüfuzlu səs sahibi hesab olunan Luqar 1991-ci ildə Demokrat Senator Sam Nunn (Corciya) ilə birlikdə irəli sürdüyü təşəbbüsü ilə daha çox tanınır. Həmin təşəbbüs sovetlərin kütləvi qırğın silahlarının terrorçuların, yaxud düşmən ölkələrin əlinə keçməməsini hədəfləyirdi.

ABŞ-ın maliyyələşdirdiyi proqram çərçivəsində 7 min 600-dək sovet nüvə başlığı, 2 min 300 raket, 24 nüvə silahı anbarı məhv edilib.

Luqar 2012-ci ildə yeddinci müddətə namizədliyini irəli sürsə də, mühafizəkar Tea Party hərəkatının namizədi onu məğlub edbi. Kampaniya Luqarın ikipartiyalı kompromislə bağlı nüfuzuna qarşı təbliğata fyönəltmişdi.

Vəzifədən gedən Luqar İndianapolisdə Luqar Mərkəzi yaradıb. Bu mərkəz əsasən silahların yayılmaması, qlobal ərzaq təchizatı, idarəçiliyin təkmilləşdirilməsi məsələləri ilə məşğul olur.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG