Accessibility links

Riçard Vaytz: Belə görünür ki, Azərbaycan-Ermənistan məsələsi hazırkı administrasiyanın xarici siyasətində bir prioritet deyil


Riçard Vaytz: Belə görünür ki, Azərbaycan-Ermənistan məsələsi hazırkı administrasiyanın xarici siyasətində bir prioritet deyil
please wait

No media source currently available

0:00 0:07:53 0:00

Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanın Səsinə müsahibəsində Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliyi və Rusiya, Avropa İttifaqı habelə Amerika Birləşmiş Ştatlarının regiondakı rolunu şərh edib.

Amerikanın Səsi: Cənab Vaytz Azərbaycanla Ermənistan arasında 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra gərginliklər davam edir. Noyabrın 16-da baş verən son döyüşllər Rusiyanın vasitəçilik etdiyi atəşkəs nəticəsində dayandırıldı. Bəziləri iddia edir ki, Cənubi Qafqazda gərginlik uzun müddət davam edəcək və daha genişmiqyaslı münaqişəyə gətirib çıxara və hətta Rusiya, Türkiyə və İran kimi regional qüvvələri bir-biri ilə toqquşmasına səbəb ola bilər. Bununla bağlı nə deyə bilərsiniz? Siz oradakı mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

Riçard Vaytz: Vəziyyət qeyri-sabit görünür. Ötəl ilki döyüşlər bəzi məsələləri həll etsə də, yeni problemlərə də yol açıb. Aydındır ki, ermənilər ötən ilki döyüşlərin nəticələrinin çoxundan narazıdırlar və onları dəyişmək istəyirlər. Və bəlkə də onların bunu etmələrinin ən yaxşı yolu onların vəziyyətini tarazlaşdırmaları üçün beynəlxalq ictimaiyyəti cəlb etməkdir. Belə görünür ki, azərbaycanlılar ümumilikdə nəticədən razıdırlar, amma onlar hələ də, Türkiyəyə və Naxçıvana birbaşa çıxış və sərhədlərin demarkasiyası kimi bəzi məsələlərlə bağlı təzyiq göstərirlər.

Rusiya, hələ ki, münaqişəyə cəlb olunan ən böyük qüvvədir. Rusların məqsədlərini müəyyən etmək hər zaman bir az çətindir. Amma, ümumilikdə, Rusiya əsas xarici vasitəçi olaraq qalmaq istəyir. Rusiya Ermənistanı hərbi müttəfiq olaraq saxlamağa və Rusiyanın Ermənistandakı hərbi bazalara çıxışını təmin etməyə çalışır. Amma eyni zamanda Rusiya Azərbaycanı da uzaq tutmaq istəmir, Qərb ittifaqından uzaq tutub, Rusiyaya daha yaxın saxlamaq istəyir. Mümkündür ki, onlar keçmiş Sovet İttifaqının digər yerlərində olduğu kimi, hər iki tərəfi Rusiyadan asılı vəziyyətə gətirmək, Rusiyaya diplomatik nüfuz vermək üçün gərginliyi manipulyasiya etməyin yollarını axtarırlar.

Amma bu o qədər də asan deyil, çünki digər dünya qüdrətləri də məsələyə cəlb olunub. Əsasən də Türkiyə, məncə, həmin qrup arasında əsas xarici qüvvədir və türklər azərbaycanlılarla çox yaxındırlar, amma eyni zamanda Ermənistanla müəyyən mənada barışmaq üçün imkanlar axtarırlar. Qərb tərəfdən də ABŞ və Avropa regionda böyük rol oynamırlar. Amma təəcüblüdür ki, İran oynamır. Amma bu dəyişə bilər. Onların hamısının orada potensial maraqları var.

Amerikanın Səsi: Rusiyanın təsirindən söz düşmüşkən, Azərbaycan və Ermənistan prezidentləri Noybarn 26-da Rusiya Prezidenti Vladimir Putinin ev sahibliyi etdiyi görüş keçirəcək. Rusiya 44 günlük müharibədə böyük rol oynamasa da, həm keçən ilki müharibə həm də ən son döyüşlər Rusiyanın vasitəçiliyi ilə sonlanıb və Rusiya regiona sülhməramlılarını yerləşdirib. Sizin Rusiyanın münaqişədəki və regiondakı daha geniş rolu ilə bağlı düşüncəniz nədir?

Amerikanın Səsi: Avropa Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan prezidentlərinin gələn ay Brüsseldə Aİ-nnın Şərqi Tərəfdaşlıq sammiti çərçivəsində görüşəcəklərini elan edib. Mişel daha öncə Ermənistanla Azərbaycan arasında gərginliyi azaltmaq üçün müdaxilə edib və ötən yaz razılığa vasitəçilik edib. Həmin razılıqda Azərbaycan mina xəritələrinin müqabilində bir neçə erməni məhbusu sərbəst buraxmışdı. Bunları nəzərə aldıqda biz Avropa İttifaqının münaqişədə və iki ölkə arasında sülhquruculuğu səylərində daha böyük rol oynacağını gözləyə bilərikmi?

Riçard Vaytz: Şübhəsiz ki, onlar buna can atır. Mən düşünürəm ki, ermənilər, ən azından başqa qüdrətlərin müdaxiləsini qəbul edər. Azərbaycanlılar da bəlkə Rusiyanın regiondakı təsirini azaltmaq istəyər. Amma Avropa İttifaqı və ABŞ baş verənlərə çox təsir göstərə bilməyib.

Onlar hər iki tərəfin istədiyi razılıqların əldə olunmasına vasitəçi olmağı təklif edə bilər. Məsələn azərbaycanlılar geri alınan ərazilərdə minaları tapmaq üçün xəritələri istəyirlər, ermənilər də münaqişə zamanı ələ keçirilən erməni əsgərlərin aqibətini bilmək istəyir. Bunlarla bağlı razılıqlar ola bilər, amma Avropa İttifaqı diqqəti başqa məsələlərə yönəldib. Bunlara Brexit, sərhəd böhranı, şimal-şərq Avropa, cənubdan immiqrasiya, COVID-dən sonrakı bərpa prosesi daxildir. Bu siyahı uzundur və Ermənistan-Azərbaycan məsələsi bu siyahının aşağısındadır. Məncə bu, Vaşinqtona da aiddir.

Amerikanın Səsi: Vaşinqton demişkən, ABŞ-ın dövlət katibi Antoni Blinken ötən həftə bildirmişdi ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında döyüşlərlə bağlı məlumatlara görə “narahatdır.” O hər iki tərəfi bütün qalan məsələləri, habelə sərhədlərin demarkasiya məsələsini həll etmək üçün birbaşa konstruktiv danışıqlar aparmağa çağırıb. Siz ABŞ-ın regionda sülhü təmin etmək səyləri ilə bağlı nə deyə bilərsiniz?

Riçard Vaytz: Mən dövlət katibi Blinkeinin ABŞ-ın münaqişənin bitməsinə dair səmimi arzusunu ifadə etdiyinə şübhə etmirəm, çünki münaqişə davam etdikcə tələfat çox olur. Münaqişənin eskalasiya etmək riski var. Bu zaman Türkiyə cəlb oluna bilər. Rusiya cəlb oluna bilər. Rusiya ilə Türkiyə arasında toqquşma baş verə bilər. Türkiyə NATO müttəfiqi olduğu üçün, ABŞ mövqeyini müəyyən etməli olar. İranda böyük etnik azərbaycanlı əhalisi olduğunu nəzərə aldıqda iranlıların da cəlb olunmaq ehtimalı var.

ABŞ-ın üzləşdiyi çətinlik odur ki, onun təsiri azalıb. Daha öncə ABŞ və avropalıların prosesə müdaxilə etdiyi Minsk Qrup böyük rol oynamayıb. Hazırkı atəşkəs daha öncəki kimi ABŞ və ya başqa bir tərəfin təsiri olmadan Rusiyanın vasitəçiliyi ilə əldə olunub. Belə görünür ki, bu, hazırkı administrasiyanın xarici siyasətində bir prioritet deyil. Məncə onlar diqqəti daha çox Ukraynaya, Asiyadakı məsələlərə, İrana yönəldiblər, amma bu münaqişəyə deyil. Məncə ABŞ liderlərin bəyanatları vasitəsilə diplomatik rol oynayacaq, və bəlkə də BMT vasitəsilə bir rol oynayacaq. Amma hələ ki, məncə top Moskvanın meydançasındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG