Accessibility links

Riçard Vaytz Qarabağda indiki müharibənin xarakterini, geosiyasi amilləri şərh edir


Riçard Vaytz Qarabağda indiki müharibənin xarakterini, geosiyasi amilləri şərh edir
please wait

No media source currently available

0:00 0:06:10 0:00

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində sentyabrın 27-dən bəri ağır döyüşlər davam edir. Hər iki tərəfdə itkilərlə müşayiət olunan münaqişənin dayandırılması üçün bir sıra xarici qüdrətlər tərəfləri atəşkəsə, danışıqlar masasına qayıtmağa çağırıb.

Hudson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanın Səsinə müsahibəsində münaqişənin hərbi mahiyyətini, tərəflərin məqsədlərini, Qərb ölkələrinin təsir imkanlarını şərh edib.

Amerikanın Səsi: Cənab Vaytz, münaqişənin hərbi mahiyyətini necə qiymətləndirirsiniz? Bu müharibə yaxın tarixdə postsovet məkanının digər bölgələrində baş vermiş müharibələrdən necə fərqlənir?

Riçard Vaytz: Maraqlıdır ki, bu münaqişə bizim Ukraynanın şərqində və müəyyən mənada Suriyada şahid olduğumuz bəzi münaqişələrə bənzəyir. Belə ki, qüvvələr uzaqmənzilli artilleriya, raketlər və dronlardan, eyni zamanda isə ənənəvi olaraq döyüş piyadaları və döyüş təyyarələrindən istifadə edirlər. Bu, bizim daha öncə, ən azından 1990-cı illərdə şahid olduğumuz döyüşlərdən fərqlidir, çünki ozamankı döyüşlər daha çox piyadalara, yarı-hərbi dəstələrə əsaslanan savaş idi. Budəfəki döyüşlərdə daha çox yüksək texnologiyadan istifadə olunur və bizim digər sabiq post-sovet məkanlarda gördüyümüz döyüşlərə bənzəyir.

Amerikanın Səsi: Hər iki tərəfin hərbi məqsədlərini necə dəyərləndirirsiniz? Azərbaycan tərəfi nə əldə etməyə çalışır və ermənilər nə etmək istəyir?

Riçard Vaytz: Azərbaycan tərəfinin məqsədləri aydındır. Onlar ermənilərin işğal etdiyi ərazilərini, təkcə Dağlıq Qarabağı deyil, xüsusilə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ ətrafındakı əraziləri almaq istəyirlər.

Ermənilər isə bu əraziləri əllərində saxlamaq istəyirlər. Belə bir şübhə var ki, onlar xarici qüvvələri cəlb etməyə çalışırlar. Məsələn, biz onların Azərbaycanın ikinci ən böyük şəhərinə raket atdığını gördük. Belə bir düşüncə var ki, əgər münaqişənin gərginləşəcəyinə dair qorxu yaransa, onlar vəziyyəti tarazlamaq üçün Rusiya və başqa bir ölkəni cəlb edə bilərlər, çünki hazırda Azərbaycan tərəfi daha güclüdür.

Biz bilirik ki, Azərbaycan 1990-cı illərin əvvəlindəki geriləmədən sonra neft sərvətindən istifadə edərək silahlı qüvvələrini gücləndirib. İndi isə müşahidə etdiyimiz odur ki, onlar döyüşdə üstünlük təşkil edir. Ermənilər isə müdafiə mövqeyindədirlər.

Amerikanın Səsi: Siz bunun 1990-cı illərin əvvəlində olduğu kimi uzunmüddətli müharibə olacağını gözləyirsinizmi? Siz üfüqdə atəşkəs görürsünüzmü?

Riçard Vaytz: Bunu proqnozlaşdırmaq çətindir, amma hələ ki, tərəflərin məqsədləri bir-birilərindən çox ayrıdır. Azərbaycan tərəfi itirdiyi torpaqları bərpa etmək istəyir, ermənilər isə danışıq aparmaq istəyir, bəlkə də Dağlıq Qarabağın müstəqilliyinin tanınması müqabilində ərazinin bir hissəsini geri qaytarmaq niyyətindədir.

Biz atəşkəsin və danışqların bərpa olunmalı olduğunu düşünürük. Amma anladığım qədəri ilə Azərbaycan tərəfi düşünür ki, onlar belə bir şeyi qəbul etmək əvəzinə döyüşməklə daha çox şey əldə edəcəklər. Ona görə də mən Azərbaycanın itirilən əraziləri geri ala biləcəyini düşünməyə davam etdiyi təqdirdə döyüşməyə davəm edəcəyini, ermənilərin isə Azərbaycana döyüşləri dayandırması üçün təzyiq göstərmək məqsədilə Rusiya, ABŞ və ya başqa xarici qüvvələri cəlb etməyə çalışacaqlarını güman edirəm. Bunun üçünsə çox ağır sanksiyalar, yaxud da hərbi əks-müdaxilə təhdidi olmalıdır. Bu, baş vermədiyi halda, mən Azərbaycan üstünlüyə sahib olduğunu düşündüyü təqdirdə döyüşlərin davam edəcəyini gözləyirəm.

Amerikanın Səsi: Siz Qərbin bu münaqişədə nə dərəcədə rol oynadığını düşünürsünüz? Sizcə, Qərb döyüşləri dayandırmaq üçün kifayət qədər təsir gücünə malikdirmi?

Riçard Vaytz: Onlarda bu təsir gücü yarana bilər, amma hələ ki, yoxdur. Burada vəziyyət Suriyada və Liviyada olduğu kimidir. Belə ki, Qərb döyüşlərin dayanadırılması və sairə kimi məqsədlərini açıq-aydın bəyan edib. Amma onlar buna çox az sayda resurs ayırıblar. Buna görə də, iki tərəfə təsir göstərə biləcək ölkələr onların qonşuları ola bilər. Türkiyə hərbi və diplomatik baxımdan Azərbaycanın hərbi əməliyyatını dəstəkləyir. Bu da Azərbaycana çox yardım edir. Rusiya Ermənistanı tam olaraq dəstəkləməyib və məncə Rusiya hər iki ölkə ilə əməkdaşlığını balanslamağa çalışır. Fikrimcə, onların qətiyyətlə Ermənistana tərəf yönəlməsi döyüşlərin dayandırılmasında bir rol oynaya bilər.

İran burada cokerdir və adətən müdaxilə edə biləcək üçüncü ölkə olaraq görülür. Əlbəttə ki, onların başı ölkədaxili problemlərə, Livana, Suriyaya və digər məsələlərə qarışıb. Onlar əvvəl gözlənilidiyindən daha az aktivdirlər. Bundan əlavə isə avropalılar və amerikalılarda NATO var və o müdaxilə edə bilər. Amma mən bu yolda hər hansı əhəmiyyətli səylər görmürəm.

Amerikanın Səsi: Müharibə regional qüvvə balansına necə təsir göstərəcək? Ümumiyyətlə, göstərə bilərmi?

Riçard Vaytz: Əgər Azərbaycan tərəfi qalib gəlsə və Dağlıq Qarabağı yenidən nəzarəti altına ala bilsə, bəzi şeylər bundan sonra baş verənlərdən asılı olacaq. Onlar ən azı beynəxalq ictimaiyyətin dəstəyini qazanmaq üçün orada qalan ermənilərə muxtariyyət verəcəklərmi? Onlar arasında beynəlxalq razılıq olacaqmı?

Biz Rusiyanın bitərəf mövqeyini davam etdirib-etdirməyəcəyini bilmirik ki, bu, əslində onun xeyrinədir. Çünki o, hər iki tərəfə silah sata bilir, tərəfləri beynəlxalq danışıqlara dəvət edə bilir. Ya da Rusiya qətiyyətlə Ermənistanı dəstəkləyəcək ki, Türkiyə ilə Azərbaycan qarşısında balans yaratsın. Bu isə öz növbəsində Rusiya-Türkiyə münasibətlərinə təsir göstərəcək. Münaqişənin beynəlxalq miqyasda fəsadları ortaya çıxa bilər. Belə ki, biz Suriya və Liviyada, indi isə Dağlıq Qarabağda ruslarla türklər arasında dəyişkən əməkdaşlıq və münaqişə münasibətlərinə şahid oluruq. Onlar asanlıqla bir araya gəlib, Dağlıq Qarabağla bağlı sülh razılığı əldə edə, yaxud da qətiyyətlə münaqişədəki bir qüvvənin tərəfini tuta bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG