Accessibility links

Riçard Morninqstar: Azərbaycanla münasibətlərimizə çox böyük əhəmiyyət veririk [Video]


Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstarın Bakı hava limanında bəyanatı
please wait

No media source currently available

0:00 0:05:51 0:00

Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstarın Bakı hava limanında bəyanatı

Amerikanın yeni səfiri Bakıya gəlib. “Biz regional sabitlik, demokratiya, terrorizmlə mübarizə, enerji məsələləri ilə yaxından, çox ciddi şəkildə məşğul olacağıq”.

​Amerikanın Azərbaycandakı yeni səfiri avqustun 28-də axşam saatlarında Bakıya gəlib. O Bakı hava limanında jurnalistlərə bildirib ki, Azərbaycanda ilk dəfə 1995-ci ildə səfərdə olub.
“Artıq 17 ildir ki, Azərbaycana səfərlər edirəm. Mən rəhmətlik prezident Heydər Əliyevlə, prezident İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərimi xoş hisslərlə xatırlayıram”.
Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feys Pirs Morninqstar
Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feys Pirs Morninqstar
Səfir Morninqstar deyib ki, Azərbaycan hökumətindən olan həmkarları ilə birgə fəaliyyətini, Azərbaycan xalqı, insanları və ölkə ilə yaxından tanış olmağı, qarşıda duran bütün məsələləri həll etməyi səbirsizliklə gözləyir.
“Azərbaycan çox əhəmiyyətli bir ölkədir. Azərbaycanla olan münasibətlərimizə çox böyük əhəmiyyət veririk. Biz regional sabitlik, demokratiya, terrorizmlə mübarizə, enerji məsələləri ilə yaxından, çox ciddi şəkildə məşğul olacağıq ki, Azərbaycan güclü, şəffaf, bazar iqtisadiyyatının formalaşdığı və inkişaf etmiş bir ölkəyə çevrilsin. Azərbaycan yalnız enerjidən asılı olmayan, daha da genişləndirilmiş və güclü iqtisadiyyata malik olsun”, - deyə o qeyd edib.
Riçard Morninqstarın Amerikanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi 2012-ci ilin aprelində prezident Barak Obama tərəfindən irəli sürülüb. Senatın Xarici əlaqələr komitəsi prezidentin təklifini yekdilliklə bəyənib. İyunun 30-da ABŞ Senatı Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq edib.
Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Barak Obama 29 dekabr 2010-cu ildə Metyu Brayzanı Senatın razılığı olmadan Azərbaycana səfir təyin etmişdi. Senatorlar Barbara Bokser və Robert Menendes onun namizədliyinə mane olub. Bir il keçdikdən sonra senatorlar yenidən səfir Brayzanın təyinatına imkan verməyib.
Riçard Morninqstar (Richard L. Morningstar) bundan öncə ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi olub. O bakalavr təhsilini 1967-ci ildə Harvard Universitetində, hüquq doktoru dərəcəsini isə 1970-ci ildə Stanford Hüquq Məktəbində alıb.
Riçard Morninqstar Feys Pirs Morninqstarla ailə qurub, 2 oğlu, 2 qızı və altı nəvəsi var.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG