Accessibility links

Riçard Morninqstar: Biz inanırıq ki, seçkilər ədalətli keçiriləcək


ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar

“İstəyirik ki, media nümayəndələri təzyiqə və məhdudiyyətlərə məruz qalmasınlar.”

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar güman edir ki, Azərbaycanda prezident seçkiləri ədalətli olacaq. Bu barədə o, jurnalistlərlə söhbətində ölkədəki daxili siyasi vəziyyəti şərh edərkən bildirib.

Müxalifətdən prezidentliyə vahid namizədi ilə bağlı sualın cavabında deyib ki, bu, siyasətçilərin öz işidir. “Mənim bu barədə hər hansı fikir söyləməyim düzgün olmazdı", - səfir bildirib.

Seçkilərdə namizədlərin kim olmasından asılı olmayaraq, seçkilərin azad və ədalətli keçirilməsini istəyirik”, - o vurğulayıb.

Səfir Rüstəm İbrahimbəyovun ABŞ-a səfərinə də toxunub. R.İbrahimbəyov Dövlət Departamentində görüşlər keçirib və ayrı-ayrı şəxslərlə görüşüb. Ancaq kimlərlə görüşməsi səfirə məlum deyil. Morninqstarın sözlərinə görə, R.İrahimbəyov dövlət katibi və ya digər yüksək rütbəli şəxslərlə görüşməyib. Görüşün detalları barədə də məlumatı yoxdur.

NİDA hərəkatı üzvlərinin, əsasən talassemiya xəstəsi olan Zaur Qurbanlının həbs müddətinin uzadılmasına münasibətini bildirən səfir deyib ki, həm Qurbanlı, həm də digər xəstələr müvafiq müalicə ilə təmin olunmalıdır.

“Biz ona zəruri səhiyyə xidmətlərinin göstərilməsinə çağırırıq", - diplomat vurğulayıb.

“Özgəfikirlilərin təqib olunmasını necə qiymətləndirir” sualının cavabında Morninqstar deyib:

“Görünür, müəyyən şəxslərə təzyiq göstərilib. Bayaq qeyd etdiyim kimi, biz azad və ədalətli seçkilərin keçirilməsini istəyirik. Sərbəst toplaşmaq azadlığının, media azadlığının təmin olmasını istəyirik. İstəyirik ki, media nümayəndələri təzyiqə və məhdudiyyətlərə məruz qalmasınlar. Öz fəaliyyətlərini sərbəst həyata keçirə bilsinlər. Namizədlər hər hansı sıxıntı olmadan sərbəst şəkildə öz fəaliyyətlərini həyata keçirə bilsinlər . “Bizim bu barədə mövqeyimiz qətiyyətlidir. Biz inanırıq ki, seçkilər ədalətli keçiriləcək”, - diplomat vurğulayıb.
XS
SM
MD
LG