Accessibility links

Bakıdan Amerikaya birbaşa təyyarə reysi açılır [Video]


Bakıdan Amerikaya birbaşa təyyarə reysi açılır
please wait

No media source currently available

0:00 0:01:49 0:00
Direct link

Amerikanın Azərbaycandakı səfiri birbaşa aviasiya əlaqəsinin yaradılması üçün texniki məslələrin həll edildiyini deyib

2014-cü ilin sonunadək Azərbaycan və ABŞ arasında birbaşa aviasiya əlaqəsi açılacaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfir Riçard Morninqstar Amerikanın Səsinin sualına cavabda bildirib.

Onun sözlərinə görə, uçuşların başlaması üçün bəzi texniki məsələlər, xüsusən uçuşların təhlükəsizliyi məsələləri həll edilməlidir və ilin sonuna qədər bu işlərin yekunlaşdırılacağı gözlənilir.

Səfir xatırladıb ki, martın əvvəllərində ABŞ Federal Mülki Aviasiya İdarəsi Azərbaycana beynəlxalq aviasiya təhlükəsizliyi sahəsində 1-ci dərəcə verib. Bu, Azərbaycanın aviasiya şirkətlərinin ABŞ-a birbaşa uçuşlar həyata keçirməsinə imkan verəcək və iki ölkə arasında turizmin və ticarətin inkişafına şərait yaradacaq.

Səfir Morninqstar Ukrayna böhranı ilə bağlı sualın cavabında bildirib ki, Ukraynada baş verənlər Azərbaycan-ABŞ və Azərbaycan-Avropa Birliyi münasibətlərini daha əhəmiyyətli edir.

Onun sözlərinə görə, Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin niyə həll edilməli olduğunu bir daha göstərir: “Azərbaycan və Ermənistan Dağlıq Qarabağdakı münaqişənin həlli üçün addımlar atmalı, bununla da regiondakı qeyri-sabitliyi aradan qaldırmalıdır. Bu münaqişənin davam etməsi heç kimə lazım deyil”.

Ukraynadakı vəziyyəti şərh edən səfir ABŞ prezidenti və dövlət katibinin Krımla əlaqədar bəyanatlarına əsaslanıb: “Orada baş verənlər çox pis hadisədir və biz müvafiq addımlar atırıq”.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG